Şüyüdlü plov


Hər növ yemək və şirniyyat reseptleri

Şüyüdlü plov

Şüyüdlü plov
Ərzaqlar: 
Şüyüdlü plov

3 st uzun düyü
1 kq sümüksüz suda bişmiş qoyun əti
3 ədəd baş soğan
1 böyük dəstə şüyüd
3 x.q əridilmiş kərə yağı
1 ç.q zəfəran
Duz
İstiot

Qazmaq üçün:

1/3 st süd
2 yumurta
1 ç.q əridilmiş kərə yağı
Duz

Hazırlanması:

Soğanı doğrayıb yağ duz əlavə edib, qızılı rəngdə olana qədər qovururuq. Sonra əti də əlavə edib, duz istiotuna baxıb, yağda 5-10 dəqiqə qovururuq.

Şüyüdlü plov
Şüyüdlü plov
Qovurmamız hazır olandan sonra şüyüdü təmizləyib, yuyuruq və xırda doğrayırıq.

Şüyüdlü plov
Düyünü adi qaydada bütün plovlarda olduğu kimi bişirib süzürük. Süzdükdən sonra üstünə zəfəran tökürük. Süzülmüş düyüyə xırda doğranmış şüyüdü əlavə edib qarışdırırıq.

Şüyüdlü plov
Şüyüdlü plov
Qazana az yağ töküb, əridirik sonra düyü qarışığını əlavə edirik və üstünə yağ töküb, dəm almağa qoyuruq. 30-40 dəqiqəyə plov dəm alacaq.

Şüyüdlü plov
Qazmaq üçün yumurtaya südü və duzu əlavə edib çalırıq.

Şüyüdlü plov
Tavaya yağı töküb qızdırırıq və yumurta qarışığını töküb hər iki tərəfini bişiririk.

Şüyüdlü plov
Təpəcik şəklində çəkilmiş düyünün üstünə qaynar yağ töküb ortasına ət qovurmasını yanlarına isə yumurta ilə bişirdiyimiz qayqanağı kəsib düzürük.

Şüyüdlü plov
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026