Kəsmikli şirniyyat

Kəsmikli şirniyyat


Hər növ yemək və şirniyyat reseptleri

Kəsmikli şirniyyat

Kəsmikli şirniyyat
Kəsmikli şirniyyat hazırlayaraq sevdiklərinizə xoş sürpriz etmək istəyirsiniz?

O zaman Qadinklubu.com sizi bu asan reseptlə tanış edir:

İnqrediyentlər:

✅Kəsmik – 400 q

✅Şəkər tozu –

3 x. qaşığı

✅Xama,

20% – 150 q

✅Süd – 100 ml

✅Yumurta – 3 əd.

✅Vanil – 1 qutu✅

Manna yarması – 5 x. qaşığı✅

Duz – bir çimdik

Hazırlama qaydası:

Yumurtaların sarısını ağından ayırın. Ağına duz qatıb qarışdırın. Yumurtanın sarısına kəsmik, şəkər tozu, vanil, manna yarması, xama və süd qatırıq. Çəngəl ilə əzib qarışdırırıq. Daha sonra blender ilə krem halına gələnədək qarışdırın. Buraya yumurtaların ağını əlavə edib qarışdırırıq.Bişirmə formasını yağlayırıq, xəmirimizi buraya yerləşdiririk və 180° dərəcədə 30-40 dəqiqə ərzində bişiririk. Nuş olsun!

Tatli.Biz


Saytda 153 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024