Göbələkli zeytunlu toyuq döş əti resept

Göbələkli zeytunlu toyuq döş əti resept


Hər növ yemək və şirniyyat reseptleri

Göbələkli zeytunlu toyuq döş əti resept

Göbələkli zeytunlu toyuq döş əti resept
Tərkibi:
1 kiçik boşqab toyuğun döş əti
1 ədəd yumurtanın ağı
1 xörək qaşığı sirkə
2 diş əzilmiş sarımsaq
2 xörək qaşığı qarğıdalı nişastası
3 xörək qaşığı soya sousu
4 xörək qaşığı zeytunyağı
1 çay qaşığı zəncəfil
4 xörək qaşığı bitki yağı
15-20 ədəd qara zeytun
10-15 ədəd göbələk
1 stəkan toyuq bulyonu
1 çay qaşığı qara istiot, duz

Hazırlanması:
Toyuq ətini yumurta ağı, 1 xörək qaşığı qarğıdalı nişastası, sirkə, sarımsaq, zəncəfil və zeytun yağının qarışığında yarım saat saxlayırıq.
Bitki yağını tavada qızdırın.
Toyuq ətini qarışığın içindən çıxartdıqdan sonra tavaya qoyun.
Azacıq qızardıqda dənələri çıxardılmış zeytun və xırda doğranmış göbələkləri əlavə edin,
1 dəqiqə qarışdıraraq bişirin.
Soya sousunu və qalan qarğıdalı nişastasını əlavə edib, toyuq bulyonunu əlavə edin.
Qara istiot və duz əlavə edin.
Suyunu çəkənə qədər qaynadın.
İstəsəniz yanında kartof püresi ilə birlikdə süfrəyə verin.

Nuş olsun!

Tatli.Biz


Saytda 141 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024