Təmizlikdə sirkə, limon, duz möcüzəsi


Hər növ yemək və şirniyyat reseptleri

Təmizlikdə sirkə, limon, duz möcüzəsi

Təmizlikdə sirkə, limon, duz möcüzəsi
Ev təmizliyi zamanı kimyəvi məhsullara ehtiyacınız yoxdur. Təmizlik zamanı sirkə, limon, duz köməyinizə gələcək.

Qabyuyulan kirlidirsə
Təmizlikdə sirkə, limon, duz möcüzəsi
Qabyuyulanın rəngini açmaq və təmizləmək üçün istifadə etdiyimiz kimyəvi məhsullar xərçəng xəstəliyinə səbəb olan qarışıqlardan hazırlanır. Bunlardansa evinizi təbii vasitələrlə təmizləməyə çalışın.

Qabyuyulan çirkli, ləkəlidirsə və ya parlaqlığını itiribsə bu zaman əlinizi kimyəvi məhsullara uzatmayın. Qabyuyulanı bir parça limon və ya sirkəli su ilə ovun. Nəticə sizi heyran edəcək.

Yemək qoxusundan xilas olmaq üçün
Təmizlikdə sirkə, limon, duz möcüzəsi
Mətbəxdə ağır yemək qoxusu sizi narahat edirsə kimyəvi hava təmizləyicilərindən istifadə etməyin. Yeməyi və ya qızardılmış ərzaqları bişib qurtarandan sonra qazın üzərinə bir çimdik duz atın.

Ütünün altı daşlaşıbsa və ya çirklidirsə
Təmizlikdə sirkə, limon, duz möcüzəsi
Ütünün buxar dəlikləri daşlaşıb və a çirkllə dolubsa çox asan təmizləyə bilərsiniz. Limon, duz və sudan qarışıq hazırlayın bunu ütünün su hissəsinə tökün. Sonra ütünü toka qoşun.

Bütün gecə ütü belə vəziyyətdə qalmalıdır. Səhər ütünün suyunu boşaltdığını zaman dəlikləri tutan daşlardan xilas olacaqsınız.

Qabyuyulanın gözü tutulubsa
Təmizlikdə sirkə, limon, duz möcüzəsi
Qabyuyulan tullantılar səbəbilə tutulubsa 2 xörək qaşığı karbonat köməyinizə gələcək. Qabyuyulana karbonat töküb əriməsini gözləyin. Sonra bir stəkan sirkə töküb yenə gözləyin.

Sonra isti suyu açıb axıdın, tutulmuş boru açılacaq.

Mətbəxdəki şkafların içindən pis qoxular gəlirsə
Təmizlikdə sirkə, limon, duz möcüzəsi
Şkafların içindən qoxu gəlməsinə səbəb orada saxlanılan yeməklər ola bilər. Bunun üçün şkafı tamamilə boşaltmalı, onu sirkəli suda isladılmış bez ilə silməlisiniz. Tamamən quruduqdan sonra şkafın kənar bucaqlarına içində qəhvə və ya çay olan bez torbalar qoyun.

Tozsorandan toz qoxusu gəlirsə
Təmizlikdə sirkə, limon, duz möcüzəsi
Toz torbasını təmizləyin və onu işə salmamışdan əvvəl torbanın içinə bir çimdik qəhvə, vanel və ya darçın qoyun. Artıq tozsoran qoşularkən gözəl qoxu gələcək.

Stəkandakı ləkələr
Təmizlikdə sirkə, limon, duz möcüzəsi
Ləkəsi çıxmayan bardaqlar üçün yuyucu bezin üzərinə bir az karbonat və ya sirkə tökün və bardağı ovun. Eyni üsul qabyuyuan maşınlar üçün də əlverişlidir. Maşının parladıcı gözünə sirkə töksəniz yuyulan stəkanların ağardığını, parladığını görəcəksiniz.

Dostlarınızla Paylaş

Saytda 231 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026