Tənbəl biskvit. Həmişə alınır!
Hər növ yemək və şirniyyat reseptleri
Tənbəl biskvit. Həmişə alınır!

Bu biskvit asan hazırlanır və həmişə alınır. Biskviti tort, piroq və ya pirojnaların hazırlanması üçün istifadə etmək olar.
Məhsullar
- 5 yumurta
- 1 stəkan şəkər tozu (narın olmalıdır)
- 1 stəkan un
- yarım ç.q. vanil
Hazırlanması:
Sobanı qabaqcadan 200-210 C qədər qızdırın.
Soba qızanda xəmiri hazırlayın. Xəmir çox tez və asan hazırlanır.
Əvvəl yumurta və şəkər tozunu yaxşı çalın, vanil əlavə edin, yenə çalın.
Hiss-hissə un tökün, çalın. Un tökəndə mikseri söndürməyin.
Xəmir qatı xama kimi alınmalıdır.
Formaya kağız sərin, xəmir tökün, 30-35 dəqiqə bişirin.
Sobanı söndürün, amma biskviti çıxartmayın. Biskvit yavaş-yavaş soyumalıdır.
Nuş olsun!