Tənbəlsayağı tort
Hər növ yemək və şirniyyat reseptleri
Tənbəlsayağı tort

Tərkibi:
Adi peçenye-500qr
Qoz və fındıq ləpəsi-200qr
Qatılaşdırılmış süd-1 stəkan
Hazırlanması:
Peçenyeni ovun, ona xırda doğranmış qoz və ya fınıq ləpəsi qatın. Üzərinə qatılaşdırılmış süd əlavə edin. Bütün bunları yaxşıca qarışdırın və alınmış kütləni qaba töküb 30-40 dəqiqə saxlayın. Sonra üzərinə şəkər tozu və kakao səpin. Tort hazırdır.