Tərəvəzlərlə toyuq FOLQADA - Foto | Tatli.Biz
Tərəvəzlərlə toyuq FOLQADA - Foto
Hər növ yemək və şirniyyat reseptleri

Tərəvəzlərlə toyuq FOLQADA - Foto

Tərəvəzlərlə toyuq FOLQADA - Foto
İnqrediyentlər:
- 1 kq toyuq
- 5 iri bolqar bibəri
- 3 kök
- 5 pomidor
- 2 baş soğan
- 4-5 diş sarımsaq
- duz, istiot, zövqə gösrə istənilən ədviyyatlar
Hazırlanması:
1. Toyuğu tikələrə doğrayın, duz, istiot, ədviyyatlar əlavə edin, yarım saat saxlayın.
3. Soğanı dairələr, kökü yarımdairələr şəklində doğrayın. Pomidorları tikələr, bibəri uzun-uzun, sarımsağı  xırda doğrayın.
4. Folqaya 1 tikə toyuq, üzərinə soğan, sarımsaq, kök, pomidor, bibər, qoyun, duz, istiot vurun, folqanı bükün.
Tərəvəzlərlə toyuq FOLQADA - Foto
5. Bütün toyuq tikələri bu qaydada folqaya bükün, tavaya düzün, 1 saat ərzində 180-200 C-də sobada bişirin.
Tərəvəzlərlə toyuq FOLQADA - Foto
6. Masaya verəndə üzərinə göyərti səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 139 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022