Tez hazırlanan kartoflu piroq

Tez hazırlanan kartoflu piroq


Hər növ yemək və şirniyyat reseptleri

Tez hazırlanan kartoflu piroq

Tez hazırlanan kartoflu piroq
Tərkib:
- 1 yumurta
- 2,5 stəkan un
- 1 stəkan su
- 1 ç.q. duz
- istiot (zövqə görə)
- göyərti (zövqə görə)
- 1 paket quru maya
- 6 ədəd kartof
- 1 baş soğan
- 150 qr pendir
Hazırlanması:
1. Ələnmiş un, maya, su, duz qarışdırılır, xəmir yoğrulur. Xəmiri 30-40 dəqiqə isti yerdə saxlayın.
2. Tavaya kərə yağı çəkilir, xəmir qoyulur, qıraqları qaldırılır. Xəmir dəsmalla örtülür, 15 dəqiqə qalır.
3. Kartof təmizlənir, sürtgəcdən keçirilir, xəmirin üzərinə qoyulur, yastılanır.
4. Soğan və göyərti nazik-nazik doğranılır, kartofun üzərinə düzülür.
5. Soba qabaqcadan 200 C qədər qızdırılır, piroq 40 dəqiqə ərzində bişirilir.
6. Hazır olana təxminən 10 dəqiqə qalmış piroq sobadan götürülür, üzərinə sürtgəcdən keçirilmiş pendir səpilir, yenə sobaya qoyulur.  
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024