Tez hazırlanan KUTUZOV TORTU

Tez hazırlanan KUTUZOV TORTU


Hər növ yemək və şirniyyat reseptleri

Tez hazırlanan KUTUZOV TORTU

Tez hazırlanan KUTUZOV TORTU
Məhsullar:
Xəmir üçün:
- 3 iri yumurta
- 1 stəkan şəkər tozu
- 2 ç.q. vanil
- 100 qr kərə yağı
- 100 qr qabıqsız fındıq
- 2 stəkan un
- yarım ç.q. qabartma tozu
Krem üçün:
- 250 qr xama
- 100 qr kərə yağı
- 1 stəkan şəkər tozu
- 2 ç.q. vanil
- 100 qr qabıqsız fındıq
Üzərini bəzəmək üçün:
- şokolad
- fındıq
Hazırlanması:
1. Xəmir hazırlayırıq:  Yumurtanı şəkər tozu və vanil şəkəri ilə ağarana qədər mikserlə çalın, yumşaq kərə yağı əlavə edin, yenə çaln.
2. Fındığı üyüdün, kütləyə əlavə edin, qarışdırın.
3. Unu qabartma tozu ilə birlikdə ələyin, xəmirə əlavə edin, yaxşı qarışdırın.  
4. Formaya yağ çəkin. Xəmiri 2 hissəyə bölün. Xəmirin bir hissəsini formaya tökün, 200 C qədər qızıdırılmış sobada 15 dəqiqə bişirin. Sonra temperaturu 180 C qədər azaldın, hazır olana qədər bişirin (hazır olub-olmadığını diş çöpü ilə yoxlayın). İkinci korju da bu qaydada bişirin.
5. Krem hazırlayırıq: fındığı bıçaqla xırdalayın. Soyuq xamanı mikserlə çalın, hissə-hissə şəkər tozu və vanil əlavə edin, yenə çalın. Yumşaq kərə yağını əlavə edin, çalın. Fındıq əlavə edin, qarışdırın.
6. Korjlara krem çəkin, sürtgəcdən keçirilmiş şokolad və xıdalanmış fındıqla bəzəyin. Tortu 8-10 saat soyuducuda saxlayın və sonra masaya verin.  
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024