Toyuq bişirərkən bunları mütləq etməlisiniz
Hər növ yemək və şirniyyat reseptleri
Toyuq bişirərkən bunları mütləq etməlisiniz

Süfrələrin ən sevimli yeməklərindən biri də toyuqdur. Toyuq bişirərkən etməli olduğunuz qaydaları təqdim edirik.
Toyuq bişirərkən dərisini mütləq çıxarın. Çünki toyuq ətinin ən zərərli yeri dərisidir. Dərini yeməyi məsləhət görmürük. Bu, həmçinin bir sıra xəstəlikləri olan insanlara da pis təsir göstərə bilər. Xüsusilə, ürək, təzyiq, şəkər xəstəliyi olanlar varsa, toyuq dərisindən uzaq durmalıdırlar.
Eyni zamanda bişirdiyiniz toyuğun daha ləzzətli olmasını istəyirsinizsə onu qaynadan zaman içinə bir diş qabıqlı sarımsaq atmağınızı məsləhət görürrük.
Sarımsaq qaynadılmış toyuğa xüsusi ləzzət qatacaq.