Tərkibi:
-3-4 portağal
-300 qr toyuq filesi
-200 qr qiyar
-100 qr yoqurt
-duz
Hazırlanması:
Portağallar yuyulur, 2 hissəyə bölünür. Xüsusi və ya adi bıçaqla ortadan ziqzaq formasında dairəvi kəsilir.
İçərisi çıxarılır. İcərisinin bir hissəsini (nazik pərdəsini çıxartmaqla ) salatda içlik kimi istifadə etmək olar.
Fileni bişənə qədər qaynadırıq, soyuyandan sonra xırda doğrayırıq. Xiyar kiçik hissələrə doğranır. File, portağal və xiyar qarışdırılır. Zövqə görə düz səpilir. Yorurt qatılır.
Hazırlanmış kütlə portağalın kəsilmiş hissələrinin içərisinə doldurulur.