Toyuq salatı


Hər növ yemək və şirniyyat reseptleri

Toyuq salatı

Toyuq salatı
Ərzaqlar: 
Toyuq salatı

200 q toyuğun döş əti
2 ədəd yumurta
2 ədəd kartof
2 ədəd yerkökü
Keşniş, şüyüd, göy soğan
Duz Mayonez

Hazırlanması

Suya duz töküb əti bişiririk. Soyuyandan sonra əlimizlə uzun liflərə ayırırıq.

Toyuq salatı
Kartofu, yerkökünü və yumurtanı suda bişiririk. Soyuduqdan sonra qabığını təmizləyirik. Kartofu sürtgəcin böyük gözündən keçiririk.

Toyuq salatı
Yerkökünü sürtgəcin böyük gözündən keçiririk.

Toyuq salatı
Yumurtanı sürtgəcin böyük gözündən keçiririk.

Toyuq salatı
Göyərtiləri xırda doğrayırıq.

Toyuq salatı
Kartofu, yerkökünü, yumurtanı, toyuq ətini və göyərtini qarışdırırıq.

Toyuq salatı
Duz səpib, qarışdırıb mayonezləyirik.

Toyuq salatı
Zövqə görə bəzəyirik.

Toyuq salatı
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 141 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026