Toyuq şorbası


Hər növ yemək və şirniyyat reseptleri

Toyuq şorbası

Toyuq şorbası
Ərzaqlar:
Toyuq şorbası

(6-8 nəfərlik)

400-450 q dibi ilə birgə toyuq qanadı

3 ədəd baş soğan

1/2 st yumru düyü

1/2 st bişmiş noxud

2 x.q əridilmiş kərə yağı

8-10 ədəd dənə alça turşusu

1 x.q zəfəran

Balaca dəstə şüyüd

Duz

Istiot

Hazırlanması:

Soğanı təmizləyib yuduqdan sonra xırda doğrayırıq.

Toyuq şorbası
Qazana soğanı töküb əridilmiş kərə yağı və az duz töküb qızılı rəngdə olana qədər qovururuq.

Toyuq şorbası
Toyuq ətini yuyuruq. Suyu çəkilir soğanın üstünə əlavə edirik. Üstünə az duz töküb 10 dəqiqə qovururuq. Dəmə qoyulmuş zəfəran suyunu ətin üstünə əlavə edib 5 dəqiqə qovururuq. Üstünə 3 l su əlavə edib duzunu tökürük və dənə turşuları yuyub yeməyə əlavə edirik.

Toyuq şorbası
Toyuğun ətinin bişməsi üçün 20-30 dəqiqə qaynadırıq. Sonra düyünü əlavə edib qarışdırırıq. 1 saat normal odda qaynayır. Yəni cox da vam od olmasın. Bişməyə 15 dəqiqə qalmış bişmiş noxudu əlavə edirik.

Toyuq şorbası
Hazır olmağa yaxın bir daha duzuna baxib istiotunu da əlavə edirik. Yemək tam hazır olandan sonra təmizlənib yuyulmuş şüyüdü xırda doğrayıb tökürük.

Toyuq şorbası
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026