Toyuq və göbələklə jülyen. Sadə və dadlı!


Hər növ yemək və şirniyyat reseptleri

Toyuq və göbələklə jülyen. Sadə və dadlı!

Toyuq və göbələklə jülyen. Sadə və dadlı!
Məhsullar:
- 400 qr toyuq filesi
- 300 qr göbələk
- 100 qr soğan
- 200 ml qaymaq (20-30%)
- 150 qr holland pendiri
- bitki yağı (qızartmaq üçün)
- duz, istiot
Hazırlanması:
Fileni tikələrə doğrayın, bitki yağında bir az qızardın.
Xırda doğranmış soğan əlavə edin, 3-4 dəqiqə qızardın.
Göbələkləri doğrayın, tavaya əlavə edin, duz, istiot vurun, 5-7 dəqiqə qızardın.
Üzərinə qaymaq tökün, bir neçə dəqiqə bişirin.
Pendiri sürtgəcdən keçirin, yeməyin üstünə səpin, tavanı qapaqla örtün, 3-5 dəqiqə bişirin. Pendir əriyəndə yemək hazırdır.
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 37 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026