Toyuq və pendirli şampion

Toyuq və pendirli şampion


Hər növ yemək və şirniyyat reseptleri

Toyuq və pendirli şampion

Toyuq və pendirli şampion
Tərkibi:

- Toyuq filesi - 500 qr

- Qoyun pendiri - 60qr

- Şampion - 10 ədəd (böyük ölçüdə)

- Xama - 4 xörək qaşığı

- Un - 1 xörək qaşığı

- Mozzarella pendiri - ½ stəkan (xırdalanmış)

- Təzə göyərti (zövqə görə cəfəri)

- Quru qara bibər (zövqə görə)

- Duz (zövqə görə)

- Bitki yağı - 1 xörək qaşığı

Hazırlanması:

1. Şampionları yuyun və qurumağını gözləyin, sərt bıçaqla ayaqlarını kəsin. Göbələyin papağının içərisini ehtiyyatla təmizləyin

2. Toyuq filesini xırda doğrayın. Tavaya 1 xörək qaşığı bitki yağı əlavə edib, orta temperaturda qızdırın. Sonra doğranmış toyuğu əlavə edin, 5 dəqiqə müddətində qızardın. Qızartma zamanı touğu vaxtaşırı qarışdırın.

3.Toyuq qızarana qədər, göbələyin ayaqlarını xırda döğrayın. Döğranmış göbələyi toyuğu bişirdiyiniz tavaya əlavə edib, 5 dəqiqə ərzində qarışdıra-qarışdıra bişirin.

4. Xamanı unla qarışdırın. Odu azaldın və xamanı tavaya tökün. Duz, istiot əlavə edib qarışdırın.

8-10 dəqiqə qaynadın, sonra odu söndurun, soyumasını gözləyin.

5. Qarışıq soyuyana qədər , sobanı 180 dərəcə qızdırın.

6. Qoyun pendirini sürtkəcdən keçirib toyuq və göbələklə qarışdırın. Xırda doğranmış cəfərini də əlavə edib qarışdırın.

7. 2 xörək qaşığı içliyi bərabər şəkildə şampionların hazır papaqlarının içərisinə tökün. İçliyin üzərinə bir qədər xırdalanmış mozzarella pendiri əlavə edin.

8. Sobada 15 - 20 dəqiqə müddətində bişirin. Sonra göbələklərin soyumasını gözləyərək süfrəyə verin.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 215 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025