Toyuqlu sezar salatının RESEPTİ

Toyuqlu sezar salatının RESEPTİ


Hər növ yemək və şirniyyat reseptleri

Toyuqlu sezar salatının RESEPTİ

Toyuqlu sezar salatının RESEPTİ
Salatları hər birimiz sevirik. Xüsusilə də qış aylarında salat yeməyin bir başqa dadı olur. Qadınlar mətbəxdə ən müxtəlif tərəvəz və meyvələrdən istifadə edərək ləzzətli salatlar hazırlayırlar. Tatli.Biz bayram süfrələrinizə fərqli dad qatacaq toyuqlu sezar salatının reseptini verir.

Ərzaqlar:

2 ədəd toyuq filesi
2 yemək qaşığı zeytun yağı
İstiot
Duz

1 ədəd kahı
1 yemək qaşığı mayonez
2 diş sarımsaq
Yarım stəkan zeytun yağı

1 çay qaşığı xardal
Yarım limon
Pendir

Servis üçün:

6 dilim çörək
Pendir

Hazırlanması:

Tavaya 2 yemək qaşığı zeytun yağı tökün, kub şəklində doğranmış toyuq filesini əlavə edib azacıq qızardın. Ayrı bir tavada kub şəklində doğradığınız çörəklərin üzərinə 2 qaşıq zeytun yağı əlavə edərək, 10 dəqiqə qızardın. Kahını yuyub doğrayın. Salat sousu üçün mayonez, sarımsaq, xardal, istiot, duz, zeytun yağı və pendiri əlavə edib kahı ilə qarışdırın. Soisun ləzzətli olması üçün kahının yaxşıca qarışdırıldığından əmin olun. Üzərinə bişən toyuq filesini və çörəkləri əlavə edin. Sonda üzərinə pendiri rəndələyin.

Dostlarınla Paylaş

Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024