Toyuqlu,göbələkli blinçik


Hər növ yemək və şirniyyat reseptleri

Toyuqlu,göbələkli blinçik

Toyuqlu,göbələkli blinçik
Blinçikin hazırlanması

• kəsmik - 200 q.
• yumurta - 2 ədəd
• qatıq (və ya süd) - 500 ml
• kraxmal- 2,5 x.q (vacib deyil atılmağı)
• şəkər tozu - 2 ç.q.
• duz - 0,5 ç.q.
• soda - 1 ç.q.
• un - 300 q.
• qızartmaq üçün bitki yağı

İçlik üçün

• toyuğun filesi - 300 q.
• göbələk - 100 q.
• soğan - 2 ədəd
• smetan - 1 x.q.
• göyərti (zövqə görə)
• duz
• istiot
• bitki yağı - 1-2 x.q.

Hazırlanması

Kəsmiyi yumurta və qatığın yarısını ilə (və ya südün yarısı) qarışdırırıq,üzərinə duz,şəkər tozu,kraxmal və unu əlavə edirik.

Toyuqlu,göbələkli blinçik
Qatığın qalan hissəsini (və ya südün) soda əlavə edib şişməsi üçün mikserlə qarışdırıb əlimizi saxlayırıq.

Toyuqlu,göbələkli blinçik
İçlik üçün toyuğun filesini,göbələyi və soğanı xırda-xırda doğrayırıq.Doğradığımız bütün komponentləri qarışdırıb duz,istiot və yağ əlavə edirik.

Toyuqlu,göbələkli blinçik
Hazırladığımız içliyi tavada toyuq bişənə kimi yaxşıca qızardırıq.Qızartdıqdan sonra üzərinə göyərti və smetan əlavə edirik.İçliyi qızartdığımız zaman fikir verməliyik ki,bir az sulu olsun.Quru olmaz.

Toyuqlu,göbələkli blinçik
Yaxşıca qızdırılmış,ölçüsü çoxda böyük olmayan tavaya (diametri 18 sm) blinçik üçün hazırladığımız qarışığı əlaqə edirik.Elə etməliyik ki,blinçik çox da qalın olmamalıdı.

Toyuqlu,göbələkli blinçik
Blinçikin bir hissəsinə (şəkildə görsəndiyi kimi) 2 dolu xörək qaşığı qızartdığımız içlikdən əlavə edirik.İçiyi elə əlavə etməliyik ki,qıraq hissələr boş qalmalıdı.

Toyuqlu,göbələkli blinçik
Bliçikin boş saxladığımız hissəsini içliyin üzərinə əlavə edib qiraq hissələrini yaxşıca bərkidirik və blinçiki tavanın ortasına gətirib ağzını bağlayırıq.Yarım dəqiqədən sonra o biri üzünü çevirib tavanın ağzını yenə bağlayırıq.

Toyuqlu,göbələkli blinçik
Yarım dəqiqə gözlədikdən sonra toyuqlu,göbələkli blinçikimiz hazır olur.

Toyuqlu,göbələkli blinçik
Süfrəyə isti-isti verilir.Nuş olsun!

Müəllif: Leyla Abdullayeva

Dostlarınızla Paylaş

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026