Türk mətbəxindən "Haydari"


Hər növ yemək və şirniyyat reseptleri

Türk mətbəxindən "Haydari"

Türk mətbəxindən "Haydari"
Bu dəfə türk mətbəxinə məxsus təamlardan "Haydari"nin reseptini təqdim edəcəyik Bu resept 6 nəfərdən ibarət süfrə üçün nəzərdə tutulub. Yeməyin hazırlanması cəmi 10 dəqiqənizi alacaq.

Tərkibi:

500 qr süzmə qatıq

1/2 dəstə şüyüd

3 diş sarımsaq

1/2 bardaq zeytun yağı

göz qərarı duz, istiot

Hazırlanması:

Şüyüdü təmizləyib doğrayın. Bir neçə budağını bəzəmək üçün ayırın. Sarımsaqları soyub əzin.

Süzmə qatığı bir kasaya alıb çırpın. Sarımsaq və şüyüdü qatığa əlavə edin. Duz və zeytun yağı əlavə edib qarışdırın.

Üzərinə istiot səpin, şüyüd ilə bəzəyin. Xidmət edin. Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 161 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026