Türk paxlavası
Hər növ yemək və şirniyyat reseptleri
Türk paxlavası

Tərkibi:
Xəmir üçün:
1 stəkan süd
150 qr duru yağ
20 qr maya
1 qaşıq üzüm şirəsi
1 yumurta
Un –apardığı qədər
İçlik:
Qoz – 300 qr
Yağ -500 qr
şəkər tozunu – 300 qr
Şərbət üçün : 2 stəkan şəkər tozu, 1 stəkan su və 1 limon sıxıb qaynadılır.
Hazırlanması:
Xəmir yoğrulur. Yuxa yayılır. Sonra yayılmış yuxa 3 bucaqlı dilimlərə bölünür. Sonra bölünmüş dilimin içərisinə paxlavanın içliyi tökülür və oxlovla yumrulanır. Sonra oxlova sarınmış dilimi əl ilə 1 az yığırıq ki, paxlava düz yox, bir az qırış – qırış olsun. Oxlov ehtiyyatla çıxarılır ki, iç dağılmasın.
Paxlavanı hazırlayıb listə yığdıqdan sonra 250 qr kərə yağını əridib, üzərinə gəzdirib bişməyə qoyuruq.
Bişənə yaxın şərbəti əlavə edib, 10 dəqiqə sobada saxlayın.
Nuş olsun!