Turşu qovurma plov


Hər növ yemək və şirniyyat reseptleri

Turşu qovurma plov

Turşu qovurma plov
Ərzaqlar:
Turşu qovurma plov4 st uzun düyü

1 kq sümüksüz suda bişmiş qoyun əti

500 q təmizlənmiş şabalıd

4 ədəd baş soğan

4 x.q əridilmiş kərə yağı

1 st kişmiş

10 ədəd qaysı

10 ədəd albuxara ya da alça turşusu

Limon duzu

Sarıkök ya da zəfəran

Duz

İstiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta

Hazırlanması:

Şabalıdın qabıqlarını təmizləyirik. Bax. Şabalıdın qabığının təmizlənməsi. Təmizlənmiş şabalıdı tavada duz səpib yağ əlavə edib qovururuq.

Turşu qovurma plov
Doğranmış soğanı tavaya töküb duz səpib yağ əlavə edib qızılı rəngdə olana qədər qovururuq. Qovrulmuş soğana 1/3 çay qaşığı sarıkök əlavə edib qarışdırırıq.

Turşu qovurma plov
Əti yağda qovururuq. Qovrulmuş ətin üzərinə limon duzu  və istiot səpib qarışdırırıq.

Turşu qovurma plov
Ətin üstünə soğanı tökürük.

Turşu qovurma plov
Soğanın üstünə  turşuları qoyuruq və şabalıdı tökürük. Ətin bulyonundan az əlavə edib vam odda bişməyə qoyuruq.

Turşu qovurma plov
Yuyulub təmizlənmiş kişmiş və qaysını yağda qovururuq.

Turşu qovurma plov
Düyünü adi qaydada bişirib süzürük. Düyünün üstünə ya zəfəran şirəsi ya da sarıkök tökürük.

Turşu qovurma plov
Düyünü dəmə qoyanda qazmaq hazırlayırıq. Yumurta ilə qatığı qarışdırıb qazanın dibinə töküb az düyü də töküb bərabər hündürlükdə təxminən 1 sm hündürlükdə yayırıq.

Turşu qovurma plov
Sonra düyünü tökürük üstünə yağ verib dəmə qoyuruq. Düyü 1 saat dəm alır. Qazmaq tutanda aş hazırdı. Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir üstünə qazmaq qoyulur və yağ tökülür. Yanına bir qabda kişmiş qaysı bir qabda isə ətli şabalıdlı qovurma qoyulur.

Turşu qovurma plov
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 242 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026