Uşaq pudrasını ləkənin üstünə tökün və... - BUNLARI BİLMİRSİNİZ

Uşaq pudrasını ləkənin üstünə tökün və... - BUNLARI BİLMİRSİNİZ


Hər növ yemək və şirniyyat reseptleri

Uşaq pudrasını ləkənin üstünə tökün və... - BUNLARI BİLMİRSİNİZ

Uşaq pudrasını ləkənin üstünə tökün və... - BUNLARI BİLMİRSİNİZ
Uşaq pudrası yalnız uşaqlar üçün deyil. Ondan başqa məqsədlər üçün də yararlana bilərsiniz.
Bu pudranın bir-birindən fərqli və praktik bir çox istifadə sahəsi var. Onlardan bəziləri ilə sizi tanış edirik.
Kirpiklərinizə həcm qazandırar
Tuşun ilk qatını çəkdikdən sonra bir qədər pudra sürtün. Bir qat da tuş çəkdikdən sonra kirpikləriniz daha uzun və həcmli görünəcək.
Dolaşan zəncirləri açır
Zəncir boyunbağı düyünləndikdə barmaq uclarınızı uşaq pudrasına batırın və ehtuyata açmağa başlayın.
Quru şampun kimi istifadə edin
Saçlarınız yağlı görünürsə və yumağa vaxtınız yoxdursa saç diblərinizə uşaq pudrası səpin və masaj edin. Pudra tozları yox olana qədər darayın.
Yağ ləkələrini aparır
Geyimlərinizdə inadçı yağ ləkələrinin həm içinə, həm də üstünə uşaq pudrası töküb 1 saat saxladıqdan sonra yuyun.
Ayaqlara yapışan qumlardan xilas edir
Çimərlikdə ayağınıza yapışan qumlardan xilas olmaq üçün qumun yapışdığı hissələrə uşaq pudrası tökün. Pudra dəridəki nəmi götürəcək və qumun dərhal tökülməsini təmin edəcək.
Dəri geyimlərinizin yeni görünməsini təmin edəcək
Dəri geyimlərinizin yeni görünməsini istəyirsinizsə, üzərinə pudra səpin. Sonra əskiylə silin.
Ev heyvanlarının tüklərini parladın
Ev heyvanlarını davamlı çimizdirmək əvəzinə arada bir tüklərinə körpə pudrası töküb masaj edin. Diqqət edin ki, göz və burun ətrafına tökülməsin.
Təraşdan əvvəl tətbiq edin
Ayaq və digər bölgələrinizi təraş etməzdən əvvəl pudra töküb yayın. Pudra təraşı ağrısız edəcək, eyni zamanda yumşaqlıq verəcək, dərinizin daha hamar olmasını təmin edəcək.
Ev heyvanlarının sidiyinin qoxusunu yox edəcək
Ev heyvanlarının sidiyinin qoxusundan xilas olmaq olduqca çətindir. Bunun qarşısını almaq  üçün iy verən yerə pudra tökün. Bir saatdan sonra tozsoranla təmizləyin.
Aile.Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 89 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024