Üz dərisini ev şəraitində necə ağartmaq olar?

Üz dərisini ev şəraitində necə ağartmaq olar?


Hər növ yemək və şirniyyat reseptleri

Üz dərisini ev şəraitində necə ağartmaq olar?

Üz dərisini ev şəraitində necə ağartmaq olar?
Sizə bir neçə təbii və ziyansız üsulları təqdim edirik.
1. Giləmeyvələr
Qarağat və çiyələk şirələri çox yaxşı ağardıcı təsir edir. Giləmeyvələrdən şirə çəkin, bu şirədə parça isladın və üzünüzə qoyun. 15 dəqiqədən sonra sonra üzünüzü su ilə yuyun.
2. Xiyar
Xiyarı blenderdə əzin, bir qədər un əlavə edin (sıyıq kimi alınmalıdır), üz dərisinə çəkin və 15 dəqiqədən sonra ilıq su ilə yuyun.
3. Çəfəri
Çəfəri blenderdə əzilir, şirəsi sıxılır, llimon şirəsi əlavə olunur, dəriyə çəkilir və 20 dəqiqədən sonra yuyulur.
4. Soda
Soda az miqdarda su ilə qarışdırılır və problemli yerlərə çəkilir. Bir qədər massaj edin, 15 dəqiqə saxlayın və sonra su ilə yuyun.
5. Yumurarta ağı + limon şirəsi
Yumurta ağı bir az çalınır, 1 x.q. limon şirəsi əlavə olunur, qarışdırılır, üz dərisinə çəkilir, 15 dəqiqədən sonra yuyulur.
6. Qatıq
Qatıq üz dərisinə çəkilir, quruyanda ilıq su ilə yuyulur.

Dostlarınla Paylaş

Saytda 300 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024