Vitamin bombası! Sarımsaqlı çuğundur
Hər növ yemək və şirniyyat reseptleri
Vitamin bombası! Sarımsaqlı çuğundur

Tərkibi:
1 ədəd böyük çuğundur,
2-4 diş sarımsaq,
Duz (zövqə görə),
Zeytun yağı (və ya istənilən bitki yağı)
Hazırlanması:
Çuğunduru yuyub bişirin, təmizləyib, sürtkəcin iri gözündən keçirin. Sarımsağı çəngəllə əzin, çuğundura əlavə edin. Duzlayıb. Yağ əlavə edin, yaxşıca qarışdırın və soyudun. Qarnir hazırdır!
Qarnirə pendir və qoz, alma, qara gavalı əlavə edə bilərsiniz. Zövqə görə yağ əvəzinə xamadan və ya yoqurtdan istifadə etmək olar.
Nuş olsun!