Xamalı kremlə ballı tort. Sadə resept | Tatli.Biz
Xamalı kremlə ballı tort. Sadə resept
Hər növ yemək və şirniyyat reseptleri

Xamalı kremlə ballı tort. Sadə resept

Xamalı kremlə ballı tort. Sadə resept
İnqrediyentlər:
Xəmir:
- 6 x.q. bal
- 5 yumurta
- 1 stəkan şəkər tozu
- 1 ç.q. qabartma tozu
- 2 - 2,5 stəkan un
Krem:
- 500 qr xama
- 1 stəkan şəkər tozu
- 1 paket vanilli şəkər tozu
Hazırlanması:
1. Balı qabartma tozu ilə su hamamında qarışdıra-qarışdıra qızdırın (qəhvəyi rəng alınmalıdır).
2. Yumurta sarısını ağından ayırın. Yumurta sarısını şəkər tozu ilə yaxşı çalın.
3. Balı bir qədər soyudun, yumurta sarısına əlavə edin, yaxşı qarışdırın.
4. Ələnmiş un əlavə edin, qarışdırın.
5. Yumurta ağına 1 çimdik duz əlavə edin, yaxşı çalın, xəmirə əlavə edin, ehtiyatla qarışdırın.
6. Xəmiri 4 hissəyə bölün.
7. Sobanı qabaqcadan 180 C qədər  qızdırın, korjlar 8-10 dəqiqə ərzində bişirin.
5. Krem hazırlayın: xamanı şəkər tozu və vanilli şəkər tozu ilə yaxşı çalın.
6. Hazır korjlara krem çəkin, tortun üzərini zövqünüzə görə bəzəyin.
7. Tortu soyuducuda 6-7 saat saxlayın və sonra masaya verin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 43 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022