Xəmirdə bişən sosislər
Hər növ yemək və şirniyyat reseptleri
Xəmirdə bişən sosislər

6 ədəd üçün
Tərkibi:
200 qr un
10 qr şəkər
½ çay qaşığı duz
1 xörək qaşığı (20 qr) kərə yağı
3 qr quru maya
6 sosis
Mayonez, ketçup, göyərti – bəzək üçün
Hazırlanması:
Un, kərə yağı, şəkər, duz və mayadan xəmir yoğurun. Onu 6 hissəyə ayırıb üzərini dəsmalla örtün və 10 dəqiqə saxlayın.
Xəmiri kiçik kündələrə yayın və içərisinə qoyun. Sonra yaydığınız xəmirin hər iki hərəfindən ortasını kəsməmək şərti ilə bərabər enlilikdə 5 hissəyə kəsin.
Sonra kəsdiyiniz hissələri sosin üzərinə hörük formasında sarıyın. Yarım saat istidə saxlayın.Xəmir gəlməlidi və 1,5-2 dəfə genişlənməlidir. Sonra onları mayonez, ketçup və göyərti ilə bəzəyin. Daha sonra yaxşı qızdırılmış sobada 180 dərəcə temperaturda 15 dəqiqə bişirin. Bulkalar qızarmağa başlayanda sobadan götürüb süfrəyə vermək olar.
Nuş olsun!