Xəşil


Hər növ yemək və şirniyyat reseptleri

Xəşil

Xəşil
Ərzaqlar:
Xəşil

(2 nəfərlik)

1 st un

3 st qaynadılmış soyuq su

1/3 ç.q duz

Üstü üçün:

Bəhməz (doşab)

Əridilmiş kərə yağı

Şəkər tozu

Hazırlanması:

Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq.

Xəşil
Ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın.

Xəşil
Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk.

Xəşil
Yemək getdikcə qatılaşacaq. Qatılaşanda 3-5 dəqiqə də dayanmadan qarışdırıb götürürük.Yemək hazır olan kimi tez boşqablara töküb ortasını qaşıqla çökək formada düzəldirik.

Xəşil
Üstünə qaynar əridilmiş yağ, bəhməz və şəkər tozu tökürük.  Bu yeməyi bəzən şəkər tozu əvəzinə bal ilə də yeyirlər.

Xəşil
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 191 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026