Yarpaq dolması


Hər növ yemək və şirniyyat reseptleri

Yarpaq dolması

Yarpaq dolması
Ərzaqlar: 
Yarpaq dolması

1 kq çəkilmiş qoyun əti
3 baş soğan
2/5 stəkan yumru düyü
3 xörək qaşığı ərinmiş kərə yağı
1 dəstə keşniş, şüyüd və nanə (təzə nanə olmayanda nanə qurusu )
Duz (yarpaq duzlu olanda duz tökülmür)
Zövqə görə istiot
Üzüm yarpağı

Hazırlanması:

Göyərtini xırda doğrayırıq.

Yarpaq dolması
Soğanı sürtgəcdən keçiririk. (Əgər əti özünüz maşından keçirirsinizsə soğanı da maşından keçirin)

Yarpaq dolması
Dərin  qabda əti, soğanı, düyünü, göyərtini,nanə qurusunu, yağı və zövqə görə istiot və duzu töküb yaxşı qarışdırırıq. (Əgər yarpaq duzludursa onda ətə duz vurmuruq)

Yarpaq dolması
Dolmanı bükmək üçün yarpağı hazırlayaq. Tutulmuş yarpaq olanda isti suda bir neçə dəfə yuyuruq ki, duzu getsin. Əgər təzə yarpaqdan bükürsünüzsə onda qaynar suya yarpağı salın rəngi saralan kimi götürürük. Saplaqlarını kəsirik. Təzə yarpaqdan dolma bükəndə ətə mütləq duz vururuq.

Hər yarpağın ortasına 1 ç.q ət qoyub yanlarını içəri doğru qatlayaraq bükürük.

Yarpaq dolması
Yarpaq dolması
Yarpaq dolması
Bükülmüş dolmaları qazana yığırıq. Qutaranda üzünə çıxana qədər su tökürük. Ortasına ağzı aşağı düz boşqab qoyuruq. Boşqab dolmaları bişəndə dağılmağa qoymur.

Yarpaq dolması
Yarpaq dolması
Əvvəl gur odda dolmanı qoyuruq. Suyu qaynara duşəndə kəfini yığırıq. Sonra normal odda yağa düşənə qədər bişiririk.

Yarpaq dolması
Dolmanı süfrəyə verəndə yanında qatıq verilir. Zövqə görə qatığın içinə sarımsaq əzib tökə bilərsiniz.

Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 205 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026