Yayın gözəllik vasitələri

Yayın gözəllik vasitələri


Hər növ yemək və şirniyyat reseptleri

Yayın gözəllik vasitələri

Yayın gözəllik vasitələri
Kosmetika vasitələrini mövsümə uyğun seçmək lazımdır. Yoxsa gözəlləşmək əvəzinə əks effektlə üzləşə bilərsiniz.
Yay mövsümündə qışdan fərqli olaraq soyuqdan çatlayan dodaqlar, quruyan dəri ilə mübarizə aparmırıq. Bu mövsümdə bizi narahat edən əsas problemlər tər, nəmli hava yağış və günəşdir.
İsti yay günlərində hər qadının makiyaj çantasında yer almalı olan məhsullar:
Günəşdən qoruyucu vasitələr
Bu yaşından asılı olmayaraq, hər qadının çantasında yer almalı olan məhsuldur. İstər krem, istər sprey formasında olan günəşdən qoruyuculara müraciət edə bilərsiniz. Müasir dövrdə bir çox qulluq və makiyaj vasitələri SPF tərkibli olur. Hər ehtimala qarşı belə məhsullar seçin.
Yağlılığa və parıltıya nəzarət üçün salfetlər
Bu salfetlər yay aylarında ən böyük köməkçiniz olacaq. Xüsusilə gün ərzində T bölgəsindəki yağ və parıltını nəzarətdə saxlamaq üçün idealdır.
Qaraldıcı sprey və kremlər
Qış boyunca uzun şalvarların, cinslərin altında saxladığınız ağ ayaqlarınızı mütləq qaraldıcı vasitələrlə rəngləndirməlisiniz. Bu vasitələrin gel, sprey, köpük kimi bir çox çeşidi var.
Bədən üçün parıltılı losyonlar
Mini ətək geyinməyi xoşlayırsınız, ancaq ayaqlarınız istədiyiniz kimi gözəl görünmür?
Heç kim qüsursuz deyil, çəkinmədən bədən makiyajına müraciət edin. Üz dərimiz kimi bədənin də dərisini makiyajla daha qüsursuz hala gətirmək mümkündür. Bədəninizə rəng və işıltı verən nəmləndirici kremlər, losyonlar sizə kömək edə biər.
Qələm formalı dodaq boyaları
Yay aylarında xəfif makiyaj etmək lazımdır. Ona görə də rəngi qısa zamanda yox olan rəngli dodaq balzamları və ya həddən artıq yağlı pomadalar əvəzinə yay üçün daha münasib kosmetika məhsulundan istifadə etməlisiniz. Bu, əlbəttə ki, qələm formalı dodaq boyalarıdır. Bu məhsul həm balzam kimi dodaqları nəmləndirir, həm xəfif bir rəng və parlaqlıq verir, həm də qalıcılığı yaxşıdır.
Saç spreyi
Saçınızın elektriklənməsinin qarşısını almaq və daim sanki dənizdən yeni çıxmısınız kimi görünmək istəyirsinizsə, xüsusi saç spreylərindən istifadə edə bilərsiniz.
Makiyajı sabitləyən spreylər
Yay aylarında qadınların yaşadıqları ən böyük problemlərdən biri də istinin və nəmin təsiriylə makiyajın axmasıdır. Sizə tövsiyəmiz tonal krem əvəzinə pudra və ya BB, CC kremlərdən istifadə etməyinizdir. Ancaq bütün hallarda makiyajı sabitləyən spreylərdən istifadə etməlisiniz.
Publika.az

Dostlarınla Paylaş

Saytda 173 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024