Yemiş mürəbbəsi. Qeyri-adi dad | Tatli.Biz
Yemiş mürəbbəsi. Qeyri-adi dad
Hər növ yemək və şirniyyat reseptleri

Yemiş mürəbbəsi. Qeyri-adi dad

Yemiş mürəbbəsi. Qeyri-adi dad
Tərkib:
- 1 kq təmizlənmiş yemiş üçün 600-800 qr şəkər tozu götürülür (yemişin şirinliyindən asılıdır)
- 1 limonun sedrası (sarı qabığı)
Hazırlanması:
1. Yemişi təmizləyin, yarısını sürtgəcdən keçirin, yarısını kiçik kublar şəklində doğrayın.
2. Üzərinə şəkər tozu səpin, yarım saat - 1 saat saxlayın ki, yemişin şirəsi çıxsın.  
3. Ləyəni oda qoyun, qaynara düşəndə vam odda 5 dəqiqə qaynadın, tam soyudun, yenə 5 dəqiqə qaynadın.
4. Hazır olana yaxın sürtgəcdən keçirilmiş limon qabığını əlavə edin.
5. İsti halda steril bankalara doldurun, steril dəmir qapaqlarla kip bağlayın.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 63 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022