Hər növ yemək və şirniyyat reseptleri
Yeni il süfrəsi üçün original SÜMÜK salatı - FOTO
Məhsullar:
- 300 qr bişmiş ət
- 2 duzlu xiyar
- 2 kök
- 1 soğan
- 4 yumurta
- duz, istiot, mayonez
Hazırlanması:
1. Əti kiçik kublar şəklində doğrayın.
2. Soğanı nazik doğrayın, bitki yağında yumşalana qədər qızardın.
3. Sürtgəcdən keçirilmiş kök əlavə edin, hazır olana qədər qızardın.
4. Xiyarı kiçik kublar şəklində doğrayın.
5. Yumurtanın ağını və sarısını ayırın, ayrı qablarda sürtgəcdən keçirin.
6. Ət, xiyar, soğan, kök və yumurta sarısı qarışdırılır, duz, istiot və mayonez vurulur, qarışdırılır.
7. Salatı sümük formasını verin, üzərinə yumurtanın ağını qoyun, bir az mayonez çəkin.
Nuş olsun!