Yeni il üçün dadlı salat

Yeni il üçün dadlı salat


Hər növ yemək və şirniyyat reseptleri

Yeni il üçün dadlı salat

Yeni il üçün dadlı salat
Məhsul:
- 300 qr toyuq filesi
- 5 yumurta
- 150 qr qara gavalı (çəyirdəksiz)
- 100 qr qoz
- 100 qr holland pendiri
- mayonez, duz
Hazırlanması:
File bişirin, soyudun, xırda-xırda doğrayın.
Qara gavalını və qozu xırda doğrayın.
Yumurtanı bişirin, ağları sarılardan ayırın, ayrı-ayrı sürtgəcdən keçirin.
Pendiri sürtgəcdən keçirin.
Düz boşqaba file qoyun, duz vurun, bir az mayonez çəkin.
Filenin üzərinə yumurta sarıları qoyun, mayonez çəkin.
Sarıların üzərinə qara gavalı qoyun, bir az mayonez çəkin.
Qara gavalının üzərinə pendir qoyun, mayonez çəkin, sonra qoz qoyun, mayonez çəkin.
Qozun üzərinə yumurta ağları qoyun, salatı nazik doğranmış köklə bəzəyin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023