Zərif çiyələkli piroq

Zərif çiyələkli piroq


Hər növ yemək və şirniyyat reseptleri

Zərif çiyələkli piroq

Zərif çiyələkli piroq
Piroq tez hazırlanır və çox dadlı və zərif alınır.
Tərkib:
- 200 qr kərə yağı
- 2 stəkan şəkər tozu (1 stəkan xəmir üçün, 1 stəkan içlik üçün)
- 2 stəkan un
- 2 ədəd yumurta
- 1 ç.q. soda
- 500 qr çiyələk
- 1 ç.q. nişasta
Hazırlanması:
1. Yumurtanı şəkər tozu ilə yaxşı çalın.
2. Unu ələyin, kərə yağını xırda tikələrə doğrayın və unla yaxşı ovun.
3. Unlu kütləyə yumurta kütləsini və limon şirəsi ilə "sondürülmüş" sodanı əlavə edin, yaxşı qarışdırın, xəmir yoğurun.
4. Xəmiri 2 hissəyə bölün - biri daha böyük, digəri kiçik olmalıdır. Kiçik hissəni sellofana bükün və 40 dəqiqə buzxanada saxlayın.
5. Çiyələyi yuyun, təmizləyin, divarları qalın olan qazana tökün və vam oda qoyun. Çiyələk şirəsini buraxdıqda, şəkər tozu tökün və qarışdıra-qarışdıra şəkər tozu tam əriyənə qədər bişirin. İçliyi soyudun.
6. Xəmirin böyük hissəsini perqament sərilmiş formaya qoyun, üzərinə çiyələk qoyun, nişasta səpin ki, piroq çox nəm çıxmasın.
7. Buzxanada olan xəmiri piroqun üzərinə sürtgəcdən keçirin.
8. Sobanı qabaqcadan 180 C qədər qızdırın. Piroqu 35-40 dəqiqə ərzində bişirin.
9. Hazır piroqu soyudun və üzərinə şəkər pudrası səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 157 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024