Zoğal mürəbbəsinin hazırlanması. RESEPT

Zoğal mürəbbəsinin hazırlanması. RESEPT


Hər növ yemək və şirniyyat reseptleri

Zoğal mürəbbəsinin hazırlanması. RESEPT

Zoğal mürəbbəsinin hazırlanması. RESEPT
Mürəbbə tam yetişmiş zoğaldan bişirilir. Mürəbbəni çox bişirmək olmaz. Əks halda meyvələr çox bərk olacaq və bürüşəcək. Zoğal mürəbbəsi çox faydalıdır.
Tərkib:
- 1 kq meyvə üçün 1,2 kq şəkər tozu və 1 stəkan su götürülür.
Hazırlanması:
1. Meyvələr təmizlənir, yuyulur, hər meyvə diş çöpü ilə deşilir.
2. Sirop hazırlanır. Qazana şəkər tozu və su tökülür, vam odda qızdırılır. Hazır sirop şəffaf olmalıdır.
3. Meyvələri isti siropun içinə tökün və axşamdan səhərə qədər saxlayın.
4. Səhər mürəbbəni orta odda qatılaşana qədər bişirin. Mürəbbənin hazır olub-olmadığını yoxlamaq üçün nəlbəkiyə mürəbbənin 1 damcısını tökün. Damcı yayılmırsa, mürəbbə hazırdır.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024