Dəb ikonalarının gözəllik reseptləri

Dəb ikonalarının gözəllik reseptləri


Hər qadın gözəl görünməyə layiqdir

Dəb ikonalarının gözəllik reseptləri

Dəb ikonalarının gözəllik reseptləri
İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik.
Ceniffer Lopez
Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli olan  qadınlar sırasındadır. Düzgün qida rejimini gözləyən pop ulduz əsla kafein qəbul etmir və siqaret çəkmir. Qəhvədə, çayda, bəzi kimyəvi dərmanlarda olan kafeini bədənindən uzaq saxlayaraq beləliklə, cildini qoruyan Ceniffer bütün qadınlara da bunu məsləhət görür.
Dəb ikonalarının gözəllik reseptləri
Sibel Can
Sibel Can Türkiyənin ən məşhur müğənnilərindən biridir.
Müğənninin ən çox diqqət çəkən və bəyənilən xüsusiyyətlərindən biri də baxımlı saçlarıdır. Sibel Can saçına xüsusi diqqət ayırır, onların ipək kimi yumşaq və parlaq olmasına çox əhəmiyyət verir. Müğənni gözəl saçlarının  ona anasından miras qaldığını deyir. Lakin saçının gözəlliyini qorumaq üçün illərdir ki, xüsusi maskadan istifadə edir.
Müğənni həftədə 1 dəfə duşdan sonra nanə və yaşıl çay yarpaqlarından hazırlanan kremi saçına çəkir. Bir müddət gözləyib, hind qozu yağı da çəkir. Daha sonra ilıq su ilə yaxalayır. Bundan başqa, saçına ayda bir dəfə balıq kürüsü çəkir. Sibel Canın sözlərinə görə, kürü saça parıltı verir, saç dibini nəmləndirir. Kürüdəki Omega-3 quru və zədələnmiş saçları bərpa edir. Kürü saçlara sürtülməzdən əvvəl xüsusi emaldan keçirilərək maye halına gətirildiyi üçün qoxusu qalmır. Müğənninin  təravətli dərisinin sirri isə bal və süd vannasındadır. Tərkibindəki bir çox vitamin, mineral, antioksidantlar, turşular və bir çox qiymətli maddələr olan süd və bal vannasının təbii müalicə edici xüsusiyyəti çoxdan sübut olunub. Gözəllik ekspertlərənin sözlərinə  görə, bal və süd vannasını həftədə ən az iki dəfə etmək lazımdır. Bu vannalar xüsusilə quru dərilərin təravətli olmasına kömək edir.
Dəb ikonalarının gözəllik reseptləri
Miranda Kerr
39 yaşlı model Miranda Ker uzun illər ərzində gözəlliyini qoruyub saxlayan məşhurlar sırasına daxildir. Mirandanın sözlərinə görə, o  hər gün üzünə quşbaşı yağı çəkir. Bu, onun dərisini cavan saxlayır və parıltı verir. Göz ətrafını isə qırışların yaranmasından qorumaq üçün  dodaq balzamı sürtür.
Dəb ikonalarının gözəllik reseptləri
Demet Akalın
50  yaşında olan türk müğənnisi Demet Akalın daima gözəl və təravətli cildə sahib olmaq  üçün  çoxlu meyvə, göyərti və tərəvəzlərlə qidalanır. Bədənini formada saxlamaq üçün müğənni  həftədə 3 gün 3 km yürüşə çıxır.
Dəb ikonalarının gözəllik reseptləri
Çağla Şikel
Türkiyəli model saçlarını boyadan qorumaq üçün onlara kül sürtür. "Boyanın içərisinə azca kül töküb, saçlarıma sürtürəm ki,  yuduqdan sonra parlasın" deyən Çağla dərisinin cavan görünməsi  üçün ona arqan yağı çəkir.
Dəb ikonalarının gözəllik reseptləri
Naomi Kembl
52 yaşlı model gözəl dərisi üçün ilıq süd vannasına borclu olduğunu deyib. Ayaqlarını isə  qəhvə dənəsi ilə masaj edərək, beləliklə  sellülitdən qorunur.
Dəb ikonalarının gözəllik reseptləri
Kristina Aqulera
Müğənni üzündə olan səpgiləri aparmaq üçün kartofdan  istifadə edir. O, kartofun səpgiləri qurutduğunu və dərini sakitləşdirdiyini deyib.
Dəb ikonalarının gözəllik reseptləri
Cenifer Eniston
53  yaşlı aktrisa  Cenifer Eniston dərisinin cavan qalmasını özəl maskasına borcludur.  O, ananası püre halına gətirib, balla qarışdırıb üzünə çəkir. Aktrisa qeyd edib ki, həftədə iki dəfə etdiyi bu maska onu daima cavan saxlayır.
Dəb ikonalarının gözəllik reseptləri
Sandra Ballok
Hollivudun məşhur simalarından olan Sandra gözəlliyinin sirrinin alma olduğunu deyib. O, hər gün iki ədəd alma yeyir. Hollivudun məşhur aktrisası eyni zamanda alma qabıqlarını üzünə çəkərək bunun pilinq təsiri yaratdığını və dərini ölü hüceyrələrdən təmizlədiyini qeyd edir.
Dəb ikonalarının gözəllik reseptləri
Cessika Parker
Cessika Parker gözətrafı ləkələri və mimik qırışları aradan götürmək üçün dərisini itburnu yağı ilə masaj edir. Bundan əlavə gündə ən azı 4-5 stəkan itburnu çayı içən Parker, pambığı bu çay dəmləməsində isladıb gözlərinə qoyur. Bu üsulla gözlərindəki yorğunluğu aradan qaldırır.
Dəb ikonalarının gözəllik reseptləri
Aşkın Nur Yengi
Heç vaxt makiyajla yatmır. Hər səhər də üzünə mütləq nəmləndirici çəkir. Üzünün təravətli olması üçün onu  qazı qaçmış soda ilə  təmizləyir. Dərisinin gözəlliyi üçün bol meyvə və göyərti yeyir.
Dəb ikonalarının gözəllik reseptləri
Qvinet Peltrou
Vaxtilə çəkildiyi filmlər, yaşadığı eşq macəraları ilə gündəmdən düşməyən 50 yaşlı aktrisa Qvinet Peltrou gənc qızlara məxsus görüntüsü ilə göz oxşayır və haqqında danışdırmağı bacarır. Bred Pitt, Ben Affleklə sevgili olan aktrisanın hazırda iki uşağı var. O, dəfələrlə "dünyanın ən gözəl qadını" titulunu alıb. Lakin onun bu  yaşda gənc, gözəl və sağlam görünməsi mübahisə edilməzdir.
Aktrisa sağlamlıq və gözəllik sirlərini bölüşərək qeyd edib ki, dərisinin  gözəl olmasının səbəbi bahalı kremlər deyilmiş. Akrtisa kontras duş sayəsində dərisinin cavan qaldığını söyləyir.
Üz dərisini isə buz kubları ilə masaj edən aktrisa bundan sonra nəmləndirici krem çəkir. Ümumiyyətlə, o, nəmləndirici kremdən çox istifadə edilməsinin tərəfdarıdır. Makiyajdan öncə isə buz kubları ilə sifəti 3-5 dəqiqə masaj etməyi tövsiyə edir. Onda dəri təbii və parlaq görünür. Yeri gəlmişkən, gecə mərasimləri olmayanda aktrisa gündəlik həyatda makiyajdan istifadə etmir. Nəmləndirici kremlə yanaşı onun heç vaxt kosmetika çantasından əksik etmədiyi küncüt yağıdır. 39 yaşında bu yağla tanış olan aktrisa ondan hər gün istifadə etdiyini dilə gətirib.
Qvinet Peltrou gözəl bədən quruluşunu idmana və sağlam qidalanmaya borcludur.
Dəb ikonalarının gözəllik reseptləri
Ebru Şallı
Türkiyənin məşhur modeli   iki uşaq anası olan Ebru Şanlınında özünəməxsus gözəllik sirləri var. Daima fit qalmaq üçün o, gündə 2 saat  idman edir. Ebru Şallı idmana və gözəllik mərkəzlərinə bağlı olduğu üçün  öz Ulusdaki evini SPA mərkəzinə çevirib. Tələbatlı model makiyajla heç vaxt yatmadığını və evdə makiyajsız olduğunu söyləyir. Təmizlik, yəni makiyajsız yatmaq mənim üçün çox önəmlidir. Dərimin, bədənimin hər zaman təmiz və təravətli qalmasını istəyirəm. Bunun üçün gündəlik bədən və üz nəmləndiricisindən istifadə edirəm.
Dəb ikonalarının gözəllik reseptləri
Kameron Diaz
Dünyanın məşhur, gözəl və ən çox qazanan qadınlarından olan Kameron Diaz sadəcə üz gözəlliyi ilə deyil, vücud gözəlliyi ilə də diqqət çəkir. İki aydan bir dərisini pilinq ilə ölü hüceyrələrdən təmizlədən Diaz cəfərinin inanılmaz gözəllik sirri olduğunu söyləyir. O qeyd edir ki, "Cəfəri üz dərisindəki şişkinlikləri aradan qaldırır və üzə parıltı verir". Aktrisa makiyajını təmizlədikdən sonra üzünü ilıq çayla silir. Bu, üz dərisini yumşaq edir və təravətləndirir. Onun başqa bir maraqlı resepti də var. Ulduz, bir miqdar quru südə azca su qatıb qarışdırdıqdan sonra üz dərisini masaj edir.
Dəb ikonalarının gözəllik reseptləri
Mişel Pfifer
61 yaşlı  bu xanım gözəlliyini, bədən formasını qorumaq üçün hansısa bir pəhriz saxlamır. O, sadəcə menyusundan balığı əskik etmir. Həmişə demək olar ki, dəniz məhsulu olan balıqla qidalanır. Beləcə daim formasını qoruyur.
Samirə Tağıyeva

Dostlarınla Paylaş

Saytda 168 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024