Evdə manikür etməyin asan yolları


Moda və Gözəllik
Hər qadın gözəl görünməyə layiqdir

Evdə manikür etməyin asan yolları

Evdə manikür etməyin asan yolları
Hazırda koronavirus təhlükəsi olduğundan gözəllik salonları xidmətə bağlıdır. Amma bu o demək deyil ki, qadınlar baxımsız olmalıdır. Psixoloqlar da vurğulayır ki, baxımlı olmaq insanın ruh halına müsbət təsir edir. Yəni evdə də özünüzü gözəlləşdirmək üçün müxtəlif vasitələrdən istifadə edə bilərisniz.
Beləliklə, evdə manikür etməyin asan yollarını təqdim edirik.
Evdə manikür etməyin asan yolları
İlk olaraq əlləri və dırnaqları yumşaldın. Dırnaq və ətlərinin daha yaxşı təmizlənməsi üçün əvvəlcə əlləri ilıq və sabunlu suda saxlayın.
Bunun üçün 10 dəqiqə yetərlidir.
Müxtəlif qoxulu bitki yağlarını manikür suyuna əlavə etməklə daha yumşaq və rahat yonulan dırnaqlara sahib ola bilərsiniz.
Saralmış və zəif dırnaqları olanlar manikür suyuna yarım limon suyu da əlavə edə bilərlər.
Əllərinizi yumuşaltdıqdan sonra dınaqlarınızı kəsib törpüləyə bilərsiniz.
Dırnaqların düzgün və bərabər ölçüdə olması üçün törpü istifadə etmək şərtdir. Dırnaqların zərər görməməsi üçün metal yerinə, kağız və ya şüşə törpü istifadə etmək olar. Dırnaqları kəsdikdən sonra yanlarından çıxan dəriləri törpü ya da diş çöpünün köməyi ilə qaldırıb xüsusi qayçı ilə kəsə bilərsiniz. Əgər dırnaq ətləriniz azdırsa sadəcə geriyə doğru itələməklə kifayətlənə bilərsiniz.
Əllərinizi nəmləndirməyi unutmayın. Təmizlənmiş, kəsilmiş və yonulmuş dırnaqlardan sonra son addım əllərin nəmləndirilməsidir. Bir əl kremi ilə həm əlləriniz, həm də dırnaqlarınızı massaj edib nəmləndirə bilərsiniz.

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Evdə manikür etməyin asan yolları - Hər qadın gözəl görünməyə layiqdir


Evdə manikür etməyin asan yolları, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, Evdə manikür etməyin asan yolları

Saytda 77 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021