Gəncləşdirən, dərini par-par parıldadan 2 alma maskası

Gəncləşdirən, dərini par-par parıldadan 2 alma maskası


Hər qadın gözəl görünməyə layiqdir

Gəncləşdirən, dərini par-par parıldadan 2 alma maskası

Gəncləşdirən, dərini par-par parıldadan 2 alma maskası
Alma dəridən ölü hüceyrələri təmizləmək sızanaqlar, qara nöqtələrdən xilas olmanıza köməkçi olan bir meyvədir.Bu gün sizlərə almadan hazırlanan 2 gözəl maskanı təqdim edirəm əziz xanımlar.Təqdim etdiyim maska hər növ dəri üçün nəzərdə tutulub.

Maska 1

Ərzaq

yarım alma
1 yemək qaşığı ilıq süd
1 yumurta sarısı
1 yemək qaşığı yulaf əzməsi (bir gün suda saxlanılır)

Hazırlanması

Almanı blendırdan və ya robotdan keçirib püre halına gətirin.İçinə otaq istiliyindəki süddən əlavə edin və qarışdırın.Daha sonra yumrta sarısını da qatıb yaxşıca qarışdırın.
Qarışığın bir az çox sulu olduğunu görsəniz, axşamdan suda isladılmış yulaf əzməsini əlavə edə bilərsiniz.Daha sonra üzünüzə maskanı çəkib 10-15 dəqiqə gözlədin və iliq su ilə yuyun.

Maska 2

Ərzaq

yarım alma
1 çay qaşığı bal
1 çay qaşığı limon suyu
1 çay qaşığı un

Hazırlanması

Almanı blendırdan və ya sürtgəcdən keçirib püre halına gətirin.İçinə bal və limon suyu əlavə qarışdırmağa davam edin.Daha sonra unu əlavə edib yaxşı qarışdırın və üzünüzə çəkib 15 dəq gözlədikdən sonra iliq su ilə yuyun

Dostlarınla Paylaş

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023