Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr


Hər qadın gözəl görünməyə layiqdir

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr
Dünyanın ən bahalı ətiri
2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh" adlı həmin ətrin qiyməti nə az, nə çox 1,3 milyon dollardır. Qızıldan hazırlanan  dəbdəbəli ətrin şüşəsi almaz, mirvari və digər dəyərli daşlar ilə bəzədilib.  3 litr həcmində olan şüşə qabın ümumi hündürlüyü 1,97 metrdir.  Hər yüksəklikdə istifadə edilə bilən avtomatik mexanizm sistemi ilə təchiz olunmuş ətir iki dünya rekordunu qırıb.  Birinci dəfə  şüşəsinin bəzəyindəki daş-qaşların sayına görə, həm də  uzaqdan idarə edilə bilən sprey formasında olduğu üçün. "Unisex" ətrini həm kişilər, həm də qadınlar istifadə edə bilər.
Brilliant daşlarla bəzədilmiş dodaq boyası
"Guerlain"ın  brilliant daşlarla bəzədilmiş dodaq boyasının qabının dəyəri 62 min dollardır. 199 ədəd 18 karatlıq qiymətli daşla dizayn olunan dodaq boyasının ümumi çəkisi 100 qramdır. Qabın içərisidə zümrüd və yaqutlarla bəzənib.
Dəyərli ad günü hədiyyəsi
25 yaşlı qızını çox sevən bir zəngin onun ad gününə xüsüsi bir hədiyyə etmək üçün  "H. Couture Beauty" şirkətinə xüsusi bir kosmetik dəst sifariş edir. Belə ki, qiyməti təxminən 14 milyon dollar olan "Beauty Kit" adlı bu dəst   18 karatlıq qızıldan və təxminən dörd min brilyantdan hazırlanıb. Dəbdəbəli  dəst kosmetik markalar tarixində ən bahalı sifariş olaraq tanındı.
"Diamond" linzaları
Qadınların gözlərini daha da cazibədar göstərmək   üçün hindistanlı oftalmoloq Chandrasekhar Chavan tərkibində  brilyantlar olan  kontakt linzalar yaratdı. Bu linzaların qiyməti təxminən 15 min dollardır.
Arvadının dişlərindəki brilyantların parıltısını bəyənən  mütəxəssis  kiçik brilyantları toplayaraq linzalara taxdı. Xüsusi skleral linzalardan istifadə edən həkim ictimaiyyəti bu cür linzalardan istifadə etməyin təhlükəli olmadığına inandırdı. Qeyri -adi linzalar Bollivud ulduzlarının əvəzolunmazına çevrildi.
Taxma kirpiklərin inanılmaz qiyməti
"Kre At Beauty" markasının taxma kirpiklərinin qiyməti 1350 dollardır. 2011-ci ildən 24 əyar qızıl və 18 karatlıq brilliantlardan hazırlanan taxma kirpik daha çox kino ulduzları tərəfindən qırmızı xalça üzərinə çıxarkən istifadə  edilir.
Tərkibində qara almazlar olan "Azature" markasının lakı
"Azature markalı lakın tərkibində 267 karat qara almaz mövcuddur.  Həmin lak Los Ancelesdəki "Azature" markalı mağazada bir nüsxədə təqdim olunub. Son məlumatlara görə bu lak hələ də sahibinə qovuşmayıb. Onun qiyməti təxminən  250 min dollardır.
Üzərində 1118 ədəd brilliant olan dodaq boyası
"Models Own"un özəl sifarişlə hazırlaığı qızıl qapağı və üzərində 1118 ədəd brilliant olan qabın qiyməti  130 min 450 dollaradır.
Svarovski qaşları ilə bəzədilmiş dodaq boyası
"H. Couture Beauty"nin 1000 ədəd svarovski qaşlarla, 18 karatlıq 2500 mavi və 1200 ədəd çəhrayı almazla hazırlanan xüsusi dəstin qiyməti 14 milyon dollardır.
Bir sərvət dəyərində krem
"Nivea"  şirkəti brilyantla örtülmüş eksklüziv bir paketdə "Nivea Visage Expert Lift Day" kremini satışa çıxardı.
Məhdud  sayda olan "Nivea Visage Expert Lift Day" in qiyməti təxminən 113 dollardır.  Sərvət dəyərində olan kremin nüsxələrindən biri Londondakı Moira zərgərlik mağazasında satılıb və əldə edilən gəlir döş xərçəngi ilə mübarizə aparan bir  təşkilata bağışlanıb.
215 min dollarlıq ətir
2014-ci ildə buraxılan "Klayv Kristian"  markasının ətri özünəməxsus qeyri-adi qablaşdırılması ilə diqqəti çəkib. Bu parfümlər 200 nadir komponentdən ibarət incə şüşə qablarda yerləşdirilib. Həmin qablar dağ kristallarından  hazırlanıb. Qab 18 əyarlı qızıl üzlük  ilə örtülüb, qapağı 5 əyarlıq brilyantla bəzədilib. 507 ml həcmli "Clive Kristian İmperial Majesty" ətirlərindən cəmi 10 ədəd buraxılıb. Ətirlərin qiyməti 215 min ABŞ dollarıdır.
Samirə Tağıyeva
Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr
Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dostlarınla Paylaş

Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023