Mükəmməl qaşlar: 8 qızıl qayda

Hər qadın gözəl görünməyə layiqdir

Mükəmməl qaşlar: 8 qızıl qayda

Mükəmməl qaşlar: 8 qızıl qayda
Qaşlar üzümüzü gözəl göstərən ən əhəmiyyətli faktordur . Ən riskli şeylərdən biri səhv alınmış qaşlardır. Bir anda üzünün ifadəsi dəyişə bilər, xalq arasında "qaşım küsdü" kimi ifadə edilən fəlakət baş verər və alınan yerdən qaş çıxmaz!
Mükəmməl qaşlara sahib olmanın 8 qızıl qaydası
Ona görə qaşlarınızı mütləq mütəxəssis olan birinə aldırmalısınız. "yox, mən alacağam" deyirsinizsə, əvvəl bu 8 qayda ilə tanış olun.
1. Qaşlarınızı bir fırça köməyi ilə düzəldin və yuxarı doğru darayın. Əgər qaşlarınız düzsə aşağıya doğru darayın. Kiçik bir qayçı ilə normal uzunluğa çatana qədər qısaldın. Beləcə, gerçək qaş şəkliniz ortaya çıxacaq.
2. Qaşınızın tam ortasını qələm köməyi ilə seçin. Qələmi burnunuzun yanında və dik bir şəkildə yapışdırın. Qələmin xaricində qalan hissə burnunuzun geniş görünməsinə səbəb olar.
3. Qələmi göz qapağınızın qarşısında saxlayın. Qələmin ucunun göstərdiyi nöqtə, qaşınızın qövslü olması lazım olan yerdir.
4. Qələmi bir ucunu burnunuzun kənarına, digər ucunu gözünüzün kənarına tərəf tutun. Qələmin ucunun göstərdiyi nöqtə qaşınızın bitməsi lazım olduğu nöqtədir.
5. Ağ bir qələm istifadə edərək alınacaq qaşların yerini seçin. Ağ rəng, qaşın tünd görünməsini təmin edər. Belə edərkən sizə asan olacaq.
6. İki əzələnizin arasını maqqaş köməyi ilə təmizləyin. Bu həm daha sürətli , həm də daha asan bir üsuldur. Tükləri çıxış istiqamətinə doğru çəkin.
7. Ağ rəngli qisimdə olan çox tükləri də maqqaş köməyi ilə alın.
8. Son olaraq dərinizdə bir buz parçasını 5-6 dəqiqə gəzdirin. Beləcə qızartının yaranmasının qarşısını ala bilərsiniz.

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Hamilelik ve analıq, Hamiləliyə hazırlıq, Hamiləlik təqvimi, Doğum hekayələri, Doğumdan sonra, Korpə və ona qulluq, Uşaqlar və tərbiyə, Valideynlərə məsləhət, Ana və uşağın ev məktəbi, Metbex, Salatlar və qəlyanaltılar, Duru yeməklər, Quru yeməklər, Duzlu xəmir işləri, Şirin xəmir işləri, Tortlar, Pecenyelər, Kompot, kokteyl, dondurma, Konservləşdirilmiş məhsullar, Uşaq yeməkləri, Şef master, Muxtəlif, Heyat terzi, Səyahət, Hobbi, Evim - İnteryer, Edəbi guşə, Adət-ənənələr, Praktiki məsləhətlər, Mutləq bilməlisiniz, Avtomobil, Yuxuyozmalar, Ordan-burdan, Muxtəlif

Saytda 205 nəfər
Tatli.Biz
MobTop.az
©Tatli.Biz 2010-2021