Permanent makiyaj (tatuaj) necə aparılır?

Permanent makiyaj (tatuaj) necə aparılır?


Hər qadın gözəl görünməyə layiqdir

Permanent makiyaj (tatuaj) necə aparılır?

Permanent makiyaj (tatuaj) necə aparılır?
Bu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsusi aparatın köməyilə dəriyə rənglər yeridilir.
Bu proses əsasən qaşların və dodaqların rəngini və formasını yaxşılaşdırmaq, göz qapaqlarının formasını korrektə etmək və gözlərin mənalılığını artırmaq üçün istifadə olunur. Əgər permanent makiyaj yaxşı kosmetoloji klinikada, yaxşı mütəxəssis tərəfindən yerinə yetirilmişsə, bu halda o, təbii görünəcək, xarici görünüşü xeyli yaxşılaşdıracaq və qüsurları gizlədəcək. Onu da bilmək lazımdır ki, tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilərlər. Buna görə allergiyaya meylli olan xanımlar bu proseduradan çəkinməlidir.
Dodaqların permanent makiyajı necə edilir?
Hər şey sizin mütəxəssislə birgə kosmetik karandaşın köməyi ilə dodaq formasını seçməyinizdən başlayır. Sonra permanent makiyajın ediləcəyi konturlar çəkilir. Dodaqlar karandaşla çəkildikdən sonra onları üzbəüz və profildən (yandan) durmaqla qiymətləndirin. Qiymətləndirmə zamanı təkcə dodaqlara deyil, yeniləşmiş üzünüzə bütünlüklə diqqət yetirin. Yalnız bu cür hər hansısa bir uyğunsuzluqları və assimmetriyanı görmək olar. Yeni konturun gülərkən, danışarkən, mimiki hərəkətlər zamanı necə göründüyünü yoxlayın. Hamıya uyğun gələn ideal forma yoxdur, hətta ən gözəl hesab edilən - iri, enli dodaqlar da hamıya yaraşmır. Dodaqların forması məhz sizin üzünüzün gözəl cizgilərinizi vurğulamalıdır. Tatuajın köməkliyi ilə qadınları dodaqlarının asimmetriyasından (əyrilik) xilas etmək, onların formasını, həcmini dəyişmək, rəngini yaxşılaşdırmaq olur.
Dodaqların forması müəyyən edildikdən sonra rəng seçiminə keçmək olar. Yaxşı olardı ki, bu zaman makiyaj bütünlüklə silinmiş olsun, əks halda rəng düzgün seçilməyəcəkdir. Tatuaj zamanı rəng dəriyə çox dərin yeridilməsə də (0.8-1 mm), proses kifyət qədər ağrılı olur. Buna görə də tatuajı yerli anesteziya (keyləşdirmə) ilə edirlər.

Dostlarınla Paylaş

Saytda 293 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024