Moda və Gözəllik
Hər qadın gözəl görünməyə layiqdir

Pilinq nədir və hansı hallarda olunmalıdır? – Kosmetoloqdan məsləhət

Pilinq nədir və hansı hallarda olunmalıdır? – Kosmetoloqdan məsləhət
Dəriyə qulluq prosedurlarından biri də pilinqdir. Pilinq nədir və hansı növləri var? Müxtəlif dəri tipinə uyğun pilinqlər hansıdır? Həkim-kosmetoloq Aynur Kazımova bu mövzu ilə bağlı bilməli olduğunuz hər şeyi yeni yazısında qələmə alıb.
"Grncaile.az" saytı həmin yazını təqdim edir:
Pilinq nədir və hansı hallarda olunmalıdır? – Kosmetoloqdan məsləhət
Pilinq – dərimizin üst qatındakı buynuzlaşmış dəri hüceyrələrinin təmizlənməsi prosedurudur. Pilinq ingiliscə "peel" sözündən götürülüb və mənası təmizləmək, soymaq deməkdir. Pilinqin əsas məqsədi dəri keyfiyyətini yaxşılaşdırmaq və müəyyən problemləri aradan qaldırmaqdır. Bu məqsədlə müxtəlif pilinq növlərindən istifadə olunur.
Dərimizin epidermis – üst dəri təbəqəsinin hüceyrələri requlyar olaraq yenilənir. Cavan yaşlarda bu proses normal 28-30 gündən bir baş verir. Lakin yaş keçdikcə proses zəifləməyə başlayır. Bu səbəbdən pilinq prosedurlarının köməyi ilə dəri səthini ölmüş hüceyrələr təbəqəsindən təmizləyirik.
Təsir göstərdiyi dərinlikdən asılı olaraq pilinqlərin səthi, orta və dərin növü var.
Təsir formasına görə mexaniki, kimyəvi, aparat və lazer pilinqləri var.
Mexaniki pilinq
Mexaniki pilinqlərə skrablar aiddir. Onlar ev şəraitində də həftədə 1-2 dəfə istifadə oluna bilər. Dərinin üst qatını təmizləmək, hüceyrə yenilənməsini stimulyasiya etmək üçün işlənir.
Aparat pilinqi
Aparat pilinqlərinə mikrodermabraziya, braşinq və ya brosaj, ultrasəs pilinq prosedurları aiddir.
Apparat pilinqlərinin təsiri nəticəsində toxumalarda qan dövranı yaxşılaşır, dəri və məsamələr təmizlənir. Prosedurdan sonra dəri daha hamar olur. Çox həssas, iltihab əlamətləri olan dərilərdə bu prosedurları aparmaq məsləhət deyil.
Brosaj proseduru xüsusi avadanlıq və fırçaların köməyi ilə aparılır. Fırça üzdə dairəvi hərəkət etməklə dəriyə mexaniki təsir göstərir və üst dəri təbəqəsindəki hüceyrələri yeniləyir.
Mikrodermabraziya yüngül dəri cilalanması prosedurudur. Prosedur xüsusi aparat başlığı və kristal hissəcikləri ilə aparılır.
Ultrasəs pilinq səthi pilinqlərə aiddir. Ultrasəs dalğalarının təsiri ilə dərinin üst qatındakı buynuzlaşmış hüceyrələr təmizlənir. Çox vaxt üz təmizləmə proseduruna hazırlıq mərhələsində, üzə qulluq proqramlarında istifadə olunur.
Pilinq nədir və hansı hallarda olunmalıdır? – Kosmetoloqdan məsləhət
Kimyəvi pilinqlər
Kimyəvi pilinq proseduru zamanı xüsusi tərkibli preparatlar istifadə olunur. Bu preparatların təsiri həkim tərəfindən kontrol olunur və dəridə regenerasiya prosesləri aktivləşir ki, nəticədə dəri tez bir zamanda yenilənir.
Kimyəvi pilinqlər də təsirinə görə səthi, orta və dərin pilinqlərə bölünür.
Səthi pilinq prosedurunda qlikol, badam, süd turşusu və s. pilinqləri istifadə olunur. Bu zaman dərinin yalniz üst təbəqəsinə təsir göstərilir. Pilinqdən sonra dəri rəngi və teksturası yaxşılaşır. Səthi pilinqlər kurs şəklində olunmalıdır. 3-7 prosedur və 7-10 gündən bir təkrarlanmalıdır.
Orta pilinqlər daha dərin dəri qatlarına təsir göstərir. Bu zaman daha yüksək konsentrasiyalı preparatlar istifadə olunur. Bu pilinqlərin köməyi ilə piqment və post-akne ləkələrini təmizləmək, kiçik qırışları yox etmək dərin qırışları azaltmaq olar. Prosedurdan sonrakı reabilitasiya dövrü 7-10 gün çəkir.
Dərin pilinqlər daha aqressiv və dərin qatları zədələyən pilinq növüdür.Prosedurdan sonra reabilitasiya periodu digər pilinqlərdən fərqli olaraq uzun çəkir və düzgün aparılmadıqda müxtəlif ağırlaşmalar verə bilir. Çox vaxt dərin qırışları açmaq və liftinq effekti almaq üçün istifadə olunur.
Lazer pilinqi
Lazer pilinqi lazer şüalarının təsiri ilə aparılır.
Karbon pilinqi
Bu prosedur zamanı üzə gel şəkilli maska çəkilir. Bu maska məsamələrdən keçərək dərinin üst qatına daxil olur və lazer vasitəsilə təsir göstərdikdə üst dəri təbəqəsi və məsamələr buynuzlaşmış hüceyrə təbəqəsindən təmizlənir.
Pilinq nədir və hansı hallarda olunmalıdır? – Kosmetoloqdan məsləhət
Pilinq nə üçün lazımdır?
Dərini yeniləmək, dəri rəngini bütün üzdə bərabərləşdirmək
Dəri regenerasiyasını aktivləşdirmək
Elastin və kollagen sintezini stimulyasiya etmək
Yağlı dərilərdə yağlılıgı azaltmaq
Piqment ve post-akne ləkələrin rəngini açmaq ya da tamamilə yox etmək
Dəri yaşlanmasının profilaktikası
Kiçik qırışları açmaq və s.
Pilinq prosedurundan sonra xoşagəlməz halların qarşısını almaq üçün müəyyən qaydalara əməl etmək lazımdır.
Kimyəvi pilinq proseduru payız və qış fəsillərində aparılmalıdır.
Aparat və mexaniki pilinqlər yaz və yay aylarında oluna bilər, yalnız bu zaman üz dərisinə günəş şüalarından qoruyucu faktoru olan SPF kremlər çəkilməlidir.
Pilinq prosedurlarından sonra dəridə qabıqlanma-yenilənmə baş verir. Bu zaman səbirli olub həmin qabıqlanmış dərini qoparmamalıyıq. Əks halda regenerasiya prosesləri zəifləyir və xoşagəlməz hallar baş verir.
Prosedurdan sonrakı reabilitasiya dövründə yalnız həkimin məsləhət bildiyi regenerativ kremlərdən istifadə etmək məsləhətdir.
Əvvəldə qeyd etdiyim kimi pilinq dərinin yenilənməsi prosedurudur. Hər bir dərinin pilinq proseduruna ehtiyacı var. Lakin dəri növləri müxtəlif olduğu kimi onlara uyğun pilinq növləri də düzgün seçilməlidir.
Dərinizə uygun düzgün və effektiv prosedurların seçilməsi üçün mütəxəssislərə müraciət edin.

Dostlarınla Paylaş

Pilinq nədir və hansı hallarda olunmalıdır? – Kosmetoloqdan məsləhət
Pilinq nədir və hansı hallarda olunmalıdır? – Kosmetoloqdan məsləhət - Hər qadın gözəl görünməyə layiqdir
Pilinq nədir və hansı hallarda olunmalıdır? – Kosmetoloqdan məsləhət, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda

Saytda 77 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia

©Tatli.Biz 2010-2021