Qadın səliqəsi dırnaqlarından bəllidir

Qadın səliqəsi dırnaqlarından bəllidir


Hər qadın gözəl görünməyə layiqdir

Qadın səliqəsi dırnaqlarından bəllidir

Qadın səliqəsi dırnaqlarından bəllidir
Manikür üçün hansı zaman daha uyğundur.

Ən yaxşı zaman duş sonrası olduğunu unutmayın.Dırnaq boyasını təmizlədikdən sonra yumşaq və parlaq dırnaqlara sahib olmaq üçün əllərinizi limonla ovuşturun.İlıq süddə 5-10 dəqiqə tutaraq,südün içində olan laktik asidin dərinizi nəmləndirməsinə şərait yaradın.
Əgər dırnaqlarınıza dırnaq boyası çəkirsinizsə,təmizləmək üçün istifadə etdiyiniz aseton və oxşar kimyəvi maddələrdən həftədə bir dəfədən artıq istifadə etməyin.
Getdiyiniz gözəllik salonlarında manikür və pedikür alətlərinin bakteriyalarını öldürməyə yarayan steril təmizləmə alətlərinin mövcud olduğundan əmin olun.
Dırnaqlarınızın ətrafını çərçivələyən dərini qobartmayın,kəsməyin,parçalamayın.Bu dırnağın infeksiyaya yoluxmasına gətirib çıxara bilər.Bu ətləri taxta çubuq istifadə edərək geriyə doğru astaca itələyin.Bu prosesi əllərinizi isti su ilə yuduqdan sonra edin,çünki bu zaman ətlər daha yumşaq olacaq və bu da işinizi daha asan edəcək.
Əllərin gözəl görünməsində dırnaqlarında böyük rolu var .Dırnaqlar Sağlamlığımız barədə da məlumat verə bilər.Sağlam dırnaqlara sahib olmaq üçün isə ilk növbədə süd məhsullarından ,qırılan dırnaqlara qarşı isə qoz və yer fıstığından müntəzəm istifadə etmək məsləhətdir.

Ev şəraitində onlara qulluq etmək üçün müxtəlif üsullardan istifadə olunur:
Əl və dırnaqların bir " dost"u da limon suyudur. Müəyyən müddətdən bir dırnakların limon suyu ilə silinməlidir.

Mütəxəsislər saralan dırnaqları ortadan kəsilən limonun içinə batırmağı , tez qırılan dırnaklar isə bir həftə lak çəkmədən təbii kremlərdən istifadə etməyi məsləhət görürlər.

Yarım çay qaşığı kaşığı sirkə, bir yumurta sarısı və iki xörək qaşığı ananas suyu bir qabda qarışdırılır. Dırnaklar bu məhlulun içində beş dəqiqə saxlanıldıqdan sonra yuyulur.

Dırnaqlardakı lak aseton batırılmış pambıqla silinir. Aseton artıqlarını təmizləmək üçün əllər yuyulur və beş dəqiqə sabunlu ilıq suda saxlanılir. Əllər qurulanıb artıq dırnaq ətləri geri itələndikdən sonra yenidən qurulanıb lak çəkilə bilər.

Dırnaqlara düşən mürəkkəb və bu kimi ləkələri çıxarmaq üçün istifadə olunmyan di. fırçasına az miqdarda diş pastası vurub dırnaqları incə bir şəkildə fırçalamaq lazımdır. Bu zaman ləkələır asanlıqla çıxır.

Dostlarınla Paylaş

Saytda 40 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024