Qısa müddətdə möhtəşəm makiyaj etməyin üsulları

Qısa müddətdə möhtəşəm makiyaj etməyin üsulları


Hər qadın gözəl görünməyə layiqdir

Qısa müddətdə möhtəşəm makiyaj etməyin üsulları

Qısa müddətdə möhtəşəm makiyaj etməyin üsulları
Qısa müddətdə makiyaj edə bilməyi kim istəməz ki? Səhər 10 dəqiqə daha artıq yatmağınıza imkan verəcək makiyaj etmə üsulları ilə qarşınızdayıq! Peşəkar görünüşlü makiyajınızla hər kəsi heyran edə biləcəksiniz. Makiyaj mürəkkəb bir proses kimi görünsə də, əsas qaydaları öyrəndikdən sonra zövq almağa başlayacaqsınız və hər zaman özünüzü güzgüdə görmək istəyəcəksiniz. Bəzən saatlarla güzgü qarşısında bəzənərək vaxt itiririk. Bundan da ən çox sevdiyimiz insanlar, daha çox da kişilər narazı qalır. Heç kim sizi gözləmək istəmir. Halbuki, sadə və asan makiyaj etmək mümkündür.
Artıq makiyaj etməyi öyrənmək üçün doğru yerdəsiniz! Aşağıdakı addımları ataraq həm qüsursuz, həm də olduqca sürətli olan makiyaj üsullarını öyrənməyə hazırsınız? O zaman diqqətiniz bizdə olsun. Beləliklə, sizə qısa müddətdə möhtəşəm makiyaj etməyin üsullarını təqdim edirik:
Üz makiyajına 5 dəqiqə sərf edin. "Fil sümüyü" tonunda olan tonal kremi üzünüzə çəkin. Üzünüzdəki qızartı və ya qüsurları örtmək üçün ikinci qatı da çəkin. Göz altındakı tünd rəngi də xüsusi gözaltı kremlə örtün. Dərinizin sağlam görünməsi üçün üzünüzdəki almacıq sümüklərə gel və ya krem şəklində ənlik sürtün və barmaq uclarınızla dairəvi yayın.
Qısa müddətdə möhtəşəm makiyaj etməyin üsulları
Gözlərinizə 3 dəqiqə ayırın
Əvvəlcə, təbii acıq gümüşü rəngli göz kölgənizi kirpiklərin dibindən göz qapaqlarının yuxarısına doğru makiyaj fırçasının köməyilə çəkin. Daha sonra kirpiklərinizə mavi tuş çəkin.
Gündəlik makiyajda göz layneri istifadə etmək istəyirsinizsə, sadəcə bir az daha çox vaxt və səbr lazımdır. Əvvəlcə bir göz qələmi ilə xəttinizi təyin edin. Xətlərin düzgün çəkildiyinə əmin olduqdan sonra, maye göz layneri ilə estendən çəkin. Kirpiklərinizə tuş tətbiq edin. Qaşlarınızı darayın və boşluqları qələmlə doldurun.
Qısa müddətdə möhtəşəm makiyaj etməyin üsulları
Dodaqlar 2 dəqiqədə hazırdır
Dodaqlarınızı öz rəngindən iki ton daha tünd rənglə sevindirin. Dodaq qələmindən istifadə etməyin. Alt dodağınıza şaftalı rəngində dodaq parıltısı sürtün. Bu cür dodaqlarınız daha dolğun görünəcəkdir.

Dostlarınla Paylaş

Saytda 34 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023