Saçların tez uzanması üçün üsullar

Saçların tez uzanması üçün üsullar


Hər qadın gözəl görünməyə layiqdir

Saçların tez uzanması üçün üsullar

Saçların tez uzanması üçün üsullar
Saçlarını uzatmaq istəyən çox qadınlar zərərli kosmetik məhsullardan faydalanmağa "üstünlük verir". Halbuki kosmetik məhsullar saçın köhnəlməsinə və saç tellərinin qırılmasına səbəb olur. Kimyəvi məhsullara müraciət etmək yerinə təbii və sadə üsulları tətbiq etmək saçınızın sağlam və sürətli şəkildə uzandığını görəcəksiniz.
 Kahı  ilə saç uzatma
1 ədəd dilimlənmiş turp və 4 yarpaq kahını 1 litr suda qaynatdıqdan sonra suyunu süzüb saçınıza sürtün. 1 saat gözlədikdən sonra yaxalayın. Kahının içində olan E vitamini sayəsində saçların uzanması təmin edilir.
 Badam yağı ilə saç uzatma
Əczaxanalarda tapa biləcəyiniz badam və sarımsaq yağlarını qarışdırın. Sinemaki otunu 1 stəkan suda qaynatdıqdan sonra bu qarışığa əlavə edib saçlarınıza masaj edərək sürtün. 20 dəqiqə gözlədikdən sonra durulayın. Həftədə 1 dəfə bu maskanı tətbiq etsəniz, 1 ayda saçlarınızın sürətlə uzandığını hiss edəcəksiniz.
Alma sirkəsi ilə saç uzatma
2 stəkan suda kəklikotu qaynadılır. İçinə bibəriyə, 2 yemək qaşığı qədər zeytun yağı və 1 çay stəkanı alma sirkəsi əlavə edilir. Saçınıza bu qarışığı masaj edərək sürtüb 45 dəqiqə gözlədikdən sonra yaxalayın. Saç köklərini gücləndirib hüceyrələrin canlanmasını təmin edən bu müalicə ilə saçlarınız sürətlə uzanmağa başlayacaq.
Turp ilə saç uzatma
1 turpu rəndələdikən sonra qaynayan suyun içinə atın. İçinə 3 yarpaq kahı əlavə edin. Qaynatmağa davam edin. Qaynamağa başladıqdan sonra qazdan alın. Süzüldükdən sonra qalan suyu saçlarınıza çəkin. Kahıda E vitaminin olması səbəbindən saçlar daha sürətli uzanır. Həftədə bir dəfə tətbiq edə bilərsiniz.
Lavanda ilə saç uzatma
Qaynadılmış suyun içinə lavanda əlavə olunur. Dəmlənməyə buraxılır. Dəmləndikdən sonra durulama suyu kimi istifadə edilir. Duşdan çıxarkən son tökmə suyu olaraq bu qarışıqdan istifadə etməlisiniz. Saçlarınızı bir daha durulamadan çıxın. Lavanda suyu saçların uzanmasını təmin edər. Həftədə 2 dəfə tətbiq oluna bilər.

Dostlarınla Paylaş

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023