Üzün dərisini ölü hüceyrələrdən necə təmizləməli?


Moda və Gözəllik
Hər qadın gözəl görünməyə layiqdir

Üzün dərisini ölü hüceyrələrdən necə təmizləməli?

Üzün dərisini ölü hüceyrələrdən necə təmizləməli?
Gündəlik istifadə etdiyimiz kosmetik vasitələr, ətraf mühit və çirkli hava dəriyə təsir edir. Dəri quruyur, məsamələr yaranır, sızanaqlar əmələ gəlir. Bu da dəridə erkən qocalmaya səbəb olur. Buna görə də dərinin, ən azı 6 aydan bir təmizlənməsinə ehtiyac duyulur.
Mütəxəssislərə görə, 25 yaşına kimi dəri incə və zərif olduğundan, təmizlənməyə ehtiyac duyulmur. 25 yaşından sonra dərinin zərif və incə qalması üçün isə hər 6 aydan bir prosedur önəmlidir.
Kosmetoloq Nurlana Hüseynovanın sözlərinə görə, üzün təmizlənməsi proseduru bütün dərilər, xüsusilə də yağlı və qarışıq dərilər üçün vacibdir. Gündəlik makiyajdan istifadə, tonal kremlər, ekologiyanın çirkli olması dəridə buna ehtiyac yaradır: "Dəridə hər gün hüceyrələrin yenilənməsi prosesi gedir. Tələbata uyğun olaraq təmizləmə proseduru etdirmədikdə, dəridə ölmüş hüceyrələr çoxalır və dərinin rəngi boğulur. Məsamələr tıxanır. Dəri üçün istifadə edilən kremlər, maskalar dəriyə yaxşı hopmur".
Mütəxəssis bildirir ki, bəzən "yayda təmizlik etmək olmaz" deyilsə də, ilin hər fəslində bu proseduru etdirmək mümkündür: "Əgər dəridə çoxlu sayda sızanaqlar və iltihab prosesləri varsa, bu zaman təmizləmə etdirmək olmaz. Belə dərilərə xüsüsi müalicəvi prosedurlar edilir. Yalnız sızanaqlar quruduqdan, iltihab prosesləri sönəndən sonra üzün təmizlənməsi prosedurunu həyata keçirmək olar".
Dərinin təmizlənməsi üçün əksər hallarda bir seans kifayət edir. Lakin bəzən dəridə həddən çox qara nöqtələr, dərialtı komedonlar olur ki, bu zaman prosedur seans şəklində aparılmalıdır. Çünki bir dəfəyə təmizləməyə cəhd etmək, dərini həddən çox sıxmaq onun şişməsinə, qızarmasına və zədə almasına gətirib çıxara bilər. Ona görə də, prosedur elə olmalıdır ki, xanım gündəlik həyatına davam edə bilsin" — N. Hüseynova qeyd edir.
Onun sözlərinə görə, üzün təmizlənməsi proseduru müxtəlif üsullarla — vakuum, brasaj, ultrasəs, qaşıqla, manual üsullarla həyata keçirilir: "Prosedur zamanı müxtəlif skrablar, təmizləyici və antibakterial gel və maskalardan istifadə edilir. Prosedurun sonunda isə quruducu və məsaməbağlayıcı maska çəkilir və mütləq darsanval edilir. Bu zaman ozon buxarının təsiri altında açılmış məsamələr bağlanır, dəridə yaranan qızartılar çəkilir və dəri sakitləşır. Sonda dəriyə uyğun krem çəkilir. Bu halda pasient gündəlik həyatına davam edə bilər".
Prosedurdan sonra dərinin rəngi açılır, dəri qara nöqtələrdən, komedonlardan, ölü hüceyrələrdən təmizlənir. İstifadə edilən kremlər, maskalar dəriyə yaxşı nüfuz edir. Makiyaj dəridə baha səliqəli görünür.
Kosmetoloq bildirir ki, bəzən xanımlar ev şəritində bəzi maskalarla qara nöqtələrdən qurtulmağa çalışırlar: "Lakin məsamələri bağlamağı düşünmürlər. Bu zaman isə məsamələr açıq qaldığı üçün dəri daha tez çirklənir, səpir, sızanaq yaranır. Ev şəraitində dəriyə qulluq prosedurları, maskalar etmək olar, amma təmizləmə, pilinq kimi prosedurların evdə həyata keçirilməsi məsləhət görülmür…"

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Üzün dərisini ölü hüceyrələrdən necə təmizləməli? - Hər qadın gözəl görünməyə layiqdir


Üzün dərisini ölü hüceyrələrdən necə təmizləməli?, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Üzün dərisini ölü hüceyrələrdən necə təmizləməli?, yukle

Saytda 82 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021