Bu gün 6 məqalə əlavə olundu
Moda və Gözəllik
Hər qadın gözəl görünməyə layiqdir

Yağlı dəriyə necə qulluq etməli?

Yağlı dəriyə necə qulluq etməli?
Yağlı dəri piy vəzilərinin artmış piy ifrazı ilə xarakterizə olunur.
Yağlı dəri bir qədər qalın, məsaməli, solğun rəngli, komedon ve səpgili olur. Bu problemlərə görə yağlı dəriyə ev şəraitində və professional qulluq tələb olunur.
Dəri yağlılığının səbəbini bilmək üçün dermatoloq, endokrinoloq və kosmetoloqun konsultasiyası tələb olunur.
Piy vəzilərinin aktivliyindən asılı olaraq 4 dəri tipi ayırd edilir: normal, quru, yağlı və qarışıq dəri tipləri.
Yağlı dəri daha çox yayılmış və müxtəlif dermatoloji problemlər yaranan dəri tipidir. Məhz ona görə də yağlı dəri gündəlik düzgün qulluq tələb edir.
Çox vaxt yağlı dəriyə yeniyetmə və gənc yaşlarında rast gəlir, 25-30 yaşlarında keçir digər dəri tipinə. ­5-8% insanlarda isə dəri tipi yağlı olaraq qalır.
Yağlı dəridə olan piy vəzilərinin aktivliyinin yüksək olmasının səbəbi irsi, hormonal disbalans, düzgün qidalanmamaq və dəriyə düzgün qulluq olunmamasıdır. Endokrin səbəblər çox vaxt cinsi yetişkinlik dövrü ilə əlaqədar ola bilir. Belə ki, bu vaxt testosteron yüksəlir ki, bu da piy vəzilərinin ölçüsünün böyüməsi və piy ifrazının artmasına səbəb olur. Qadınlarda uzun müddət kontraseptiv preparatların sistemsiz  qəbulu, yumurtalıqların polikistozunda müşahidə oluna bilər.
Alimentar səbəblərdən isə çox yağlı və ədviyyatlı qidalar, fastfud, şirniyyat, alkoqol səbəb ola bilər.
Yağlı dəri sahiblərinin ən birinci səhvi çox aktiv şəkildə spirt tərkibli kosmetik vasitələrdən istifadə etmələridir.
Requlyar olaraq losyonlarla dərini yağsızlaşdırmaq problemi daha da dərinləşdirir. Çünki buna cavab olaraq epidermisin üst lipid təbəqəsini təmizlədikcə o daha çox piy ifraz etməyə başlayır. Düzgün olmayan krem və üzə qulluq vasitələri dəridə piy ifrazını artıra bilər.
Xarici görünüşcə yağlı dəri parıltılı, rəngi solğun, geniş məsaməli olur. Yağlı dəriyə makiyaj pis oturur, tonal krem və kirşan müvəqqəti olaraq dəri yağlılığını götürə bilir.
Yağlı parıltıdan və genişlənmiş məsamələrdən başqa yağlı dəridə komedonlar, miliumlar və akne yarana bilir.
Yağlı dərinin üstün cəhətləri də vardır.
Belə ki, yağlı dəri ətraf mühitin neqativ təsirlərinə daha davamlı olur, həssaslıq daha az olur, fotoqocalmaya daha az məruz qalır, elastikliyini uzun müddət saxlayır və bu tip dəridə digər dəri tiplərinə nisbətən qırışlar daha gec əmələ gəlir.
Yağlı dəriyə qulluq ilk novbədə aqressiv təsirli, tərkibində spirt olan vasitələrin  kənarlaşdırılmasıdır. Dekorativ kosmetika gecə üzdə saxlanılmamalıdır. Qidalanmaya diqqət edilməli çox ədviyyatlı, yağlı qidalar, şirniyyat az qəbul edilməlidir.
Üzə qulluq prosesi professional şəraitdə dəriyə lazım olan prosedurlardan və ev qulluğundan ibarətdir.
Ev qulluğunda əsas dərinin təmizlənməsi, nəmləndirilmə və qidalandırmadır. Gündə 2 dəfə səhər və axşam dəri üz yuma vasitəsilə yuyulmalıdır. Üz yuma vasitəsi gel və köpük şəklində ola bilər. Üz yuma zamanı isti sudan istifadə edilməməlidir, çünki yağlılığı artıra bilir. Həftədə 1-2 dəfə skrab istifadə edilə bilər. Həftədə 1 dəfə gil tərkibli maskalar etmək məsləhətdir. Üz yuduqdan sonra dəri toniklə silinməlidir. Sonda isə dəri tipinə uyğun krem istifadə olunmalıdır.
Professional qulluq prosedurlarından pilinq, karbon pilinqi məsləhət görülür.
Yağlı dəri daim qulluq tələb edən dəri tipidir. Əks halda artmış piy ifrazı dəridə yenilənmə və regenerasiya proseslərini zəiflədir.
Həkim-kosmetoloq Aynur Kazımova

Dostlarınla Paylaş

Yağlı dəriyə necə qulluq etməli? | Tatli.Biz
Yağlı dəriyə necə qulluq etməli? - Hər qadın gözəl görünməyə layiqdir
Yağlı dəriyə necə qulluq etməli?, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda

Saytda 90 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2021, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | wikipedia | media

©Tatli.Biz 2010-2021