İstifadəçi_müzakirəsi:Eminn/Arxiv_2024 - Haqqında Məlumat

İstifadəçi_müzakirəsi:Eminn/Arxiv_2024 - Haqqında Məlumat


Mp3 haqqında Məlumat
Mp3 mahnı haqqında ətraflı məlumat əldə edə bilərsiniz
İstifadəçi_müzakirəsi:Eminn/Arxiv_2024

İstifadəçi müzakirəsi:Eminn/Arxiv 2024

Ən son rəy:1 ay öncə, Eminn tərəfindən "1450 kitab" mövzusunda

Məqaləni təkminləşdirmək redaktə

Salam Hörmətli @Eminn.
Zəhmət olmazsa https://az.wikipedia.org/mp3/Sidikqovucu məqaləsini bərpa edərdiniz mən üzərində işləyim. Unutqanlığım nəticəsində "iş gedir" şablonu əlavə etmədən saxlamışdım həmçinin iş görməyi unutmuşdum.
Öncədən təşəkkürlər. ✡ Redivy ✡ (müzakirə) 18:00, 17 fevral 2024 (UTC)Cavabla

Salam @Redivy. Qeyd etdiyiniz məqalə bərpa edildi. Səhifədə "iş gedir" şablonu qoymuşdunuz, sadəcə 1 həftə müddətində redaktə etmədiyiniz üçün bot tərəfindən silinmişdi. Uğurlar. Eminn (müzakirə) 19:01, 17 fevral 2024 (UTC)Cavabla
@Eminn Minnətdaram unutqalıq olub yenədə təşəkkürlər diqqətə görə. ✡ Redivy ✡ (müzakirə) 19:02, 17 fevral 2024 (UTC)Cavabla
@Redivy bəy, məqalə üzərində işləməmisiz deyə digər həmkar sil şablonu qoymuşdu yenə. məqaləni qaralama fəzasına köçürdüm. işlədikdən sonra əsas fəzaya köçürdərik. Atakhanli (müzakirə) 19:29, 18 fevral 2024 (UTC)Cavabla
@Atakhanli Tamamdır təşəkkürlər edirəm. ✡ Redivy ✡ (müzakirə) 22:25, 18 fevral 2024 (UTC)Cavabla

On beş il cəmiyyətinə üzvlük dəvətnaməsi redaktə

  On beş il cəmiyyətinə üzvlük dəvətnaməsi
Salam, hörmətli Eminn! On beş il cəmiyyəti istifadəçilərin 15 illik fəaliyyətini qeyd etmək, uzun müddətdir ki, fəaliyyət göstərən istifadəçiləri tanımaq, təcrübələrini və biliklərini bölüşmək üçün qurulmuşdur. 15 ildən çoxdur ki, fəaliyyət göstərdiyiniz üçün siz də bu cəmiyyətə üzv olmaq hüququ qazandınız.

Üzvlüyünüzü təsdiqləmək üçün Üzvlər bölməsində imza qoymağınız bəsdir. Ondan sonra isə istifadəçi səhifənizdə {{İstifadəçi On beş il cəmiyyəti}} və ya {{On beş il cəmiyyəti ikonası}} şablonlarından istifadə edə bilərsiz.

samral müzakirə 05:44, 27 fevral 2024 (UTC)Cavabla

Bütün İnzibatçılara Müraciət redaktə

Hörmətli İnzibatçılar! Yazlb Sizi məlum edirəm ki,  mən Emil Rəhimov Dünya Alpaqut federasiyası əməkdaşıyam. Vikipediyayada olan səhifələrimizə məlumatların yerləşdirilməsi, redaktə edilməsi, istinadların əlavə edilməsi üçün daxil olmuşam.  Vikipediyaya daxil olarkən mənə kömək etmək məqsədilə təyin olunmuş şəxs Moses bəydi. İlk öncə ona müraciət edərək Dünya Alpagut Federasiyası səhifəsiniinn digər dillərdə tərcümə edilib paylaşması üçün müraciət etdim. O, mənə "özünüzdə yarada bilərsiz deyə qaydaları izah etdi". Beləliklə mən rus dilində Dünya Alpagut Federasiyası səhifəsini yarardım hansı ki,  bu səhifə AzVikidə mövcuddur.  iki gün öncə rus dilli vikipediyada yaratdığım "Всемирная федерация Алпагут " adlı səhifə silinməyə çıxardılıb. İlk əvvəl elə anladım ki, bunu rusdilli adminlər edib. Daha sonra diqqət etdim ki, bunu Sura Shukurlu hesabında olan şəxs edib. Təsəvvür edin ki,   bu şəxs tərəfindən səhifə silinməyə qoyulmasına baxmayaraq rud dilli redaktorlardan biri yazır ki,  "çox maraqlıdır bu səhifə niyə silinməyə qoyulub" digər yazılar həmin səhifədə mövcuddur xahiş edirəm baxasınız. Ancaq mənim müraciətimin məğzi başqadı. Sura Shukurlu hesabında olan bu şəxs özü həmin səhifədə rus dilində bilmədiyini qeyd edir. Bu şəxsin rus dilini bilmədiyi halda rusdilli Vikipediyaya keçib bizim səhifəni silinməyə cəhd etməsi nə deməkdir ?  Rus dilli Vikipediyaya rus redaktor və İnzibatçılar yoxdur? yoxsa onların gözü görmür. Diqqət edin eyni hərəkəti Sura Shukurlu adlı bu şəxs türk dilində olan vikipediya səhifəsindədə etdi. Mən nə qədər cəhd etdim səhifənin silinməsin qarşısın ala bilmədim. Göstərilən arqumentlərə görə istinadlar və məlumatlar əlavə edə bilmirdim.  Çünki həmin səhifə mühafizə altında idi nəyi əlavə edirdim geri qaytarılırdı. Həmdə mən burda yeniyəm təcrübəsizəm deyə əlimdən heçnə gəlmədi. Mənim sualım hamınıza bundan ibarətdir ki,  biz Azərbaycanı dünyada təmsil edən,  iki millət vəkilinin rəhbərlik etdiyi, Azvikidə mövcüd olan Dünya Alpagut Federasiyası səhifələrinin digər dillərdə yaradılmasına niyə Sura Shukurlu adlı şəxs mane olur? bu şəxs bizdən nə istəyir? bu şəxs üzündən vaxtilə bizim federasiyanın vikidə öz səhifələrimizi silinməkdən müdafiə edən iki əməkdaşı blok edildi. İndidə məni kukla hesabı kimi Nemoralis bəyə şikayət edirki mən bloklanım və öz səhifələrimizi redaktə edə bilməyim və digər dillərdə olan səhifələrimizi yarada bilməyim. Burada biri mənə desin bu şəxsin etdiyi hərəkət vikipediya qaydalarına uyğundurmu? Xahiş edirəm münasibət bildirin. KülTegin.Alp (müzakirə) 06:09, 11 mart 2024 (UTC)Cavabla

Səsvermə redaktə

[1] Salam @Eldarado. Eyni mövzu ilə əlaqədar yazdığım üçün əlavə başlıq açmıram. Son səsvermədəki mövqeyimlə bağlı soruşmuşdunuz. Sizin fəaliyyətinizdə narazı qaldığım məqam bəzi məsələlərdə tərəfsizliyinizi qoruya bilməməyinizdir. Mənə elə gəlir ki, şəxsi münasibətlərin, xahişlərin bəzi məsələlərdə sizin vikipediyadakı mövqeyinizə təsir edir. SNS müzakirələrində bir neçə dəfə bunu hiss etmişəm. İnzibatçı statusunuzu itirməyinizi istəmirdim. Çünki hamının fəaliyyətində hansısa formada nöqsanlar olur. Ona görə səsvermənin sonunda nəticəyə təsir etmədiyi vaxtda səs vermişdim. Eminn (müzakirə) 06:31, 5 mart 2024 (UTC) Eminn (müzakirə) 06:02, 12 mart 2024 (UTC)Cavabla

Təşəkkür edirəm fikrinizi bildirdiyiniz üçün. Burada qala bilər :) Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 22:51, 13 mart 2024 (UTC)Cavabla
@Eldarado, əlbəttə. Qalacaq burda. Ümumiyyətlə, sizinlə bütün müzakirələri burda davam etdirəcəm. Bəlkə də, vikicəmiyyət belə nəzakətsizliklərinizə görə sizə etimad göstərmədi. Eminn (müzakirə) 11:22, 16 mart 2024 (UTC)Cavabla
Nədir nəzakətsizliyim? Müzakirə səhifəmdə hansısa yazını silməyim? Bəlkə məqsədli şəkildə nəzakət qaydalarını pozaraq mənə sataşmaq və provakasiyaya çəkmək məqsədi ilə açılmış başlığı silməyim? Mən sizə qeyd etmişdim ki, sizin yazınızla əlaqəsi yoxdur silinmənin. Eyni başlıqda idi və mənə olunmuş müraciət idi oxudum sildim. Nəzakətsizlik kimi qəbul edirsinizsə sizin öz işinizdi, ama icmaya haqqımda bu cür yanlış göstəriş etməyiniz doğru deyil. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 15:51, 16 mart 2024 (UTC)Cavabla
@Eldarado, gec cavab verdiyim üçün üzr istəyirəm. Müzakirəni uzatmaq niyyətində deyiləm. Razılaşmamağınız öz işinizdi. Tənqidə açıq olmaq lazımdır. Eminn (müzakirə) 10:53, 28 mart 2024 (UTC)Cavabla

Eldar Cəfərov səhifəsinin silinməyə namizəd göstərilməsi redaktə

 
Eldar Cəfərov səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Eldar Cəfərov səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

Moses :) 22:28, 21 mart 2024 (UTC)Cavabla

Q/E filmlər məqaləsi (№1) redaktə

Salam. Sizə növbəti q/e film məqalələrini təqdim edirəm. Grenzsoldat 06:15, 1 aprel 2024 (UTC)Cavabla

  1. Zuqulbaya gəlin (film, 1972) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  2. Zireh qalalar (film, 1983) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  3. Zəka yatarsa... (film, 1996) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  4. Zəfəran (film, 1976) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  5. Zərbəçi kolxozçuların I toplanışı (film, 1936) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  6. Zeytun (film, 1987) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  7. Zamanın əsas yolu (film, 1977) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  8. Zaman amili (film, 1986) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  9. Zaqatalada (film, 1937) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  10. Zaqatala (film, 1972) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  11. Zaqatala (film, 1940) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  12. Zaqafqaziya xalqlarının dostluğu (film, 1942) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  13. Yürüşün sonu varmı? (film, 1985) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
Salam @Grenzsoldat, məqalələri təftiş etdiyiniz üçün təşəkkür edirəm. 4 məqalədə mənbə göstərildiyi üçün silməmişəm. Onlara təkrar baxmağınızı xahiş edirəm. Eminn (müzakirə) 09:39, 2 aprel 2024 (UTC)Cavabla
Çox sağolun. Aydın oldu. Növbəti siyahını təqdim edəcəm. Grenzsoldat 14:30, 2 aprel 2024 (UTC)Cavabla

Q/E filmlər məqaləsi (№2) redaktə

Salam. Sizə növbəti q/e film məqalələrini təqdim edirəm. Grenzsoldat 06:15, 4 aprel 2024 (UTC)Cavabla

  1. 100 ilin astanasında (film, 1992)(I) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  2. 100 ilin astanasında (film, 1992)(II) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  3. 1925-ci ildə Bakı neftçilərinin istirahəti (film, 1925) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  4. 1990-cı ilin adamı (film, 1977) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  5. 25 il Leninsiz (film, 1949) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  6. 416-cı (film, 1942) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  7. 60 il keşikdə (film, 1977) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  8. 60 il keşikdə (film, 1981) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  9. IX beynəlxalq gənclər gününün bayram edilməsi (film, 1923) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  10. XI qırmızı ordu komandirləri dağlıların qonağıdır (film, 1920) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  11. Abidələr danışır (film, 1964) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  12. Abşeron gizlinləri (film, 2008) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  13. Adi reys (film, 1974) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  14. Vahid ailədə (film, 1982) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  15. Vahid bayraq altında (film, 1978) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  16. Varis (film, 1988) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  17. Velosiped yürüşü (film, 1931) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  18. ...Və uşaqlar mahnı oxuyurdular (film, 1987) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  19. Vətən sərhəddən başlanır (film, 1988) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  20. Vətəndaş, həkim, alim (film, 1984) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  21. Üç hekayə (film, 1974) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  22. Üç qardaş (film, 1976) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  23. Üç üstəgəl milyon (film, 1981) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  24. Üçüncü növbə (film, 1984) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  25. Üçüncü simfoniya (film, 1968) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
  26. Zaqafqaziya xalqlarının dostluğu (film, 1942) - istinad və mənbələr yoxdur. cəmi bir cümlə var.
@Grenzsoldat, məqalələri təftiş etdiyiniz üçün təşəkkür edirəm. Amma böyük əksəriyyəti yazdığınız səbəblə uzlaşmır. Bir neçə cümlə və mənbəsi olan məqalələri silmədim. Eminn (müzakirə) 11:33, 8 aprel 2024 (UTC)Cavabla

Çay (içki) redaktə

Salam, Eminn. Nə var nə yox? Qeyd etdiyim səhifədən dəqiqləşdirməni silərdin, artıqdı. Belə ki, çay deyəndə hamının ağlına içki gəlir elə, coğrafiyaya aid termin yox. O, 2-ci dərəcəlidi. Müqayisə etsək, basqın anlamı elə budur, ona görə də dəqiqləşdirmə lazım deyil. Hörmətlə, Gadirmüzakirə 14:55, 11 aprel 2024 (UTC)Cavabla

@Gadir, salam. Təşəkkür edirəm, hər şey yaxşıdır. Məncə, doğru deyil silməyimiz. Hər ikisi ümumişlək sözdür. Eminn (müzakirə) 14:57, 11 aprel 2024 (UTC)Cavabla
Tükətdiyimiz çayın daha çox önə çıxdığını düşünürəm. Düzdü, ikisi də ümümişləkdi, onunla razıyam. Yenə də içki daha çox istifadə olunur və ağla daha çox ilk o gəlir, məncə, onu sadə vermək olar, belə qəribə görünür bir az da. @Bikar, @Atakhanli, @Sura Shukurlu, sizin də fikirləriniz maraqlıdı. Hörmətlə, Gadirmüzakirə 15:09, 11 aprel 2024 (UTC)Cavabla
İçki və coğrafiya eyni dərəcəlidi, silinməli deyil.— Bikar müzakirə 15:13, 11 aprel 2024 (UTC)Cavabla

Xahiş redaktə

Eminn, buradakı müraciətimi nəzərə almağınızı xahiş edirəm. Hörmətlə, Gadirmüzakirə 15:14, 11 aprel 2024 (UTC)Cavabla

Fikir bildirdim. Eminn (müzakirə) 11:59, 13 aprel 2024 (UTC)Cavabla

1450 kitab redaktə

salam Emin bey. Mənə məxsus 1450 adlı kitab var. Müəllif hüququ özümə aiddir. Onu Vikipediya yerləşdirdim, ancaq bilgi silindi. Bu haqda mənə necə kömək edə bilərsiniz? SohrabGahramanov (müzakirə) 13:54, 13 aprel 2024 (UTC)Cavabla

@SohrabGahramanov, salam. Sizin kitabınız Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (kitablar) şərtlərinə uyğun gəlmir. Vikipediyada haqqında məqaləsi olacaq dərəcədə əhəmiyyətli deyil. Ona görə məqalə silinib. Fəaliyyətinizdə uğurlar arzulayıram. Eminn (müzakirə) 14:06, 13 aprel 2024 (UTC)Cavabla
"Eminn/Arxiv 2024" istifadəçi səhifəsinə qayıt.