İstifadəçi_müzakirəsi:Vusal1981/2017-İyul - Haqqında Məlumat

İstifadəçi_müzakirəsi:Vusal1981/2017-İyul - Haqqında Məlumat


Mp3 haqqında Məlumat
Mp3 mahnı haqqında ətraflı məlumat əldə edə bilərsiniz
İstifadəçi_müzakirəsi:Vusal1981/2017-İyul

İstifadəçi müzakirəsi:Vusal1981/2017-İyul

Ən son rəy:6 il öncə, Vusal1981 tərəfindən "Valeh Həsənov" mövzusunda

Film-teleserial redaktə

Salam. Serialların adlarını teleserial deyə dəyişməyin. Serialların hamısı filmdir. Vaxtı gələndə hamısını yenidən film deyə dəyişəcəm. Hətta teletamaşalar da filmdir.--Vüsal Ağayev (müzakirə) 11:46, 1 iyul 2017 (UTC)Cavabla

Aleykum salam. Film və serial ayrı şeylərdir. Məndən olsa ümumiyyətlə qeyd etmərəm adında "(film), (serial)" formasında. Yalnız eyni adda olanları fərqləndirmək üçün qeyd edilməsinin tərəfdarıyam. Yoxsa ki, məsələn güya biz "Əhməd haradadır" filmi haqqında olan məqaləyə film yazmasaq kimsə onu başqa şeylə qarışdıracaq ki? Yox. Çünki Əhməd haradadır adlı sadəcə film var. Başqa heç nə. O ki teleserial yox, film yazmaq məsələsinə. O qədər də razı deyiləm. Envikidə də filmə lazım olanda film, seriala da serial yazırlar. Məsələn: Asi (TV series), Sherlock Holmes (2014 TV series), Sherlock Holmes (2009 film). Bu o deməkdir ki, film filmdir, serial, serial. Yəni ayrı-ayrı şeylərdir.--samral müzakirə 12:29, 1 iyul 2017 (UTC)Cavabla

Mən əvvəlcə məqalələrə "film" sözü qoymamışdım. Sonradan kənd meydanında ümumi razılıqdan sonra bütün film məqalələrinə (seriallar da daxil olmaqla) ildən əvvəl "film" sözü qoyulma qərarı alındı. İndi də davam edir. O ki qaldı başqa vikilərə, bizim kinematoqraf başqasından bir az fərqlidir. Seriallar da film sayılır.--Vüsal Ağayev (müzakirə) 12:33, 1 iyul 2017 (UTC)Cavabla

Valeh Həsənov redaktə

Salam, Vüsal bəy! Siz nədən Valeh Həsənov yazısındakı son dəyişiklikləri sildiniz? Mən əlavə etmişdim. Bu şəxs mənim iş yoldaşımdır. Həmin filmlərin direktoru olub. Hörmətlə:--Enver62 (müzakirə) 16:27, 6 iyul 2017 (UTC)Cavabla

Salam. Silməmişəm Odlu məmləkət sənədli serialını birləşdirdim. Texniki hamısı silinib. Serialın linkini bərpa etdim. Ancaq xatırladım ki,film direktoru ensiklopedik şəxs deyil. Həyatını genişləndirin.--Vüsal Ağayev (müzakirə) 16:36, 6 iyul 2017 (UTC)Cavabla

"Vusal1981/2017-İyul" istifadəçi səhifəsinə qayıt.