Şablon_müzakirəsi:Mübahisələrin_həlli - Haqqında Məlumat

Şablon_müzakirəsi:Mübahisələrin_həlli - Haqqında Məlumat


Mp3 haqqında Məlumat
Mp3 mahnı haqqında ətraflı məlumat əldə edə bilərsiniz
Şablon_müzakirəsi:Mübahisələrin_həlli

Şablon müzakirəsi:Mübahisələrin həlli

Ən son rəy: 13 il öncə, Sortilegus tərəfindən

Dostlar, şablonu "Mübahisələrin həlli", yoxsa "Münaqişələrin həlli" adlandıraq ? --Acategory 15:51, 15 mart 2011 (UTC)Cavabla

Məncə "mübahisələrin həlli" olsa daha yaxşıdır. --Irada 06:47, 16 mart 2011 (UTC)Cavabla

Məncə isə Mübahisə və münaqişələrin həlli daha dəqiq olardı. --Cek Li Taran 07:09, 16 mart 2011 (UTC)Cavabla

Münaqişə dedikdə düşmənçilik, dava-dalaş, bütün vasitələrdən istifadə edilməklə (silahlı toqquşma, kütləvi qarşıdurma aksiyası və s.) baş verən qarşıdurma nəzərdə tutulur. Vikipediyada biz mübahisələri çox zaman münaqişə adlandırsaq da burada yalnız mübahisələr baş verir. Heç kim tapança ilə bir-birinə güllə atmır :) --Irada 09:31, 16 mart 2011 (UTC)Cavabla

Burada əsas silahlardan biri bloklamaqdır. Mübahisənin nəticəsi olaraq bloklanma tətbiq olunursa, bu artıq münaqişədir. --Cek Li Taran 09:35, 16 mart 2011 (UTC)Cavabla

İstər bloklama olsun, istər xəbərdarlıq - bütün fəaliyyətlər yalnız klaviatura ilə həyata keçirilir. Heç kim keç kimə fiziki zədə yetirmirsə, bu yalnız mübahisədir.--Irada 09:52, 16 mart 2011 (UTC)Cavabla

İstənilən mənəvi-psixoloji zərbənin fəsadları fiziki zədədən heç də az deyil. --Cek Li Taran 10:04, 16 mart 2011 (UTC)Cavabla

Bu artıq başqa mövzudur... --Irada 10:06, 16 mart 2011 (UTC)Cavabla

Atmosfer artıq mübahisədən münaqışəyə keçir.--Acategory 10:07, 16 mart 2011 (UTC)Cavabla

) --Irada 10:13, 16 mart 2011 (UTC)Cavabla

Daha bəsdi. Atmosferi korlamayaq... --Cek Li Taran 10:20, 16 mart 2011 (UTC)Cavabla

Müzakirələrdən sonra şablon "Mübahisələrin həlli" adlandırıldı.--Acategory 11:16, 16 mart 2011 (UTC)Cavabla

Müzakirələrdən əvvəl də şablonun adı elə "Mübahisələrin həlli" idi:))) --Cek Li Taran 12:04, 16 mart 2011 (UTC)Cavabla

Məncə də "Mübahisələrin həlli" daha düzgün variantdır. "Münaqişə" bizim dildə daha çox hərbi, diplomatik termin kimi istifadə olunur.--Sortilegus 21:07, 16 mart 2011 (UTC)Cavabla

"Mübahisələrin həlli" səhifəsinə qayıt.