Ağsuçay - Haqqında Məlumat

Ağsuçay - Haqqında Məlumat


Mp3 haqqında Məlumat
Mp3 mahnı haqqında ətraflı məlumat əldə edə bilərsiniz
Ağsuçay

AğsuçayKürün sol qolu. Şamaxı, AğsuKürdəmir rayonlarının ərazisindən axıb süni kanal vasitəsilə Kürə tökülür.

Ağsuçay
azərb. Ağsuçay
Ölkə  Azərbaycan
Rayonlar
Mənbəyi Böyük Qafqaz, Sarıbulaq
 • Yüksəkliyi 2268 m
Mənsəbi Kür
Uzunluğu 85 km
Su sərfi 1,7 m³/san
Su sistemi Kür
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 572 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uzunluğu 85 km, hövzəsinin sahəsi 572 km²-dir. Böyük Qafqaz silsiləsindəki Sarıbulaq dağından (2268m) başlayan bir çox bulaqların birləşməsindən əmələ gəlir. Yuxarı axınında Sulutçay adlanır.

Axımı yeraltı (67%), qar (20%) və yağış (13%) sularından əmələ gəlir. Yaz fəslində qar, payızda isə yağış suları çayda daşqınlar əmələ gətirir

Orta illik su sərfi 1,7 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 3,08 kq/san, orta lillənməsi 2000 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 500–700 mq/l minerallaşmaya malikdir.

Ağsuçaydan suvarma məqsədləri ilə istifadə olunur və Cavanşir su anbarını qidalandırır.

Həmçinin bax redaktə

Mənbə redaktə