Azercell
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azercell — GSM, UMTS və LTE texnologiyaları üzrə xidmət göstərən Azərbaycan mobil rabitə şirkəti. "Azercell Telekom" MMC ən çox bazar payı və 4.5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur.
Azercell | |
---|---|
Azercell Telecom Məhdud Məsuliyyətli Cəmiyyəti | |
Ümumi məlumatlar | |
Tipi | Mobil rabitə |
Sənaye | Telekommunikasiya |
Təsis tarixi | 15 dekabr 1996 |
Baş qərargahın yeri | Bakı |
Struktur | |
İşçi sayı | ~1000 nəfər |
Ana şirkət | Azerbaijan International Telecom |
Rəhbərlik | |
Prezident | Zərinə Zeynalova |
Azercell Telekom | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A. Ş." şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub. "Azercell Telekom" BM 1996-cı ilin yanvarında təsis edilmiş və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri oldu.
1 aprel 2008-ci ildən etibarən "Azercell Telekom" MMC adlanmağa başlayıb.
Azercell beynəlxalq Telia Company şirkətlər qrupunun tərkibində olub. Telia Company-nın Avrasiyada mobil rabitə sahəsində telekommunikasiya holdinqlərindən biri olub.
2008-ci ildən Azercell şirkətinin sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A. Ş," şirkəti olub.[1]
Payları tam olaraq Azərbaycan dövlətinə məxsus olan "Azerbaijan International Telecom" (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış "Fintur Holdings B. V." şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyədə təsis edilmiş və "Azercell Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisi olan "Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A. Ş." ("Azertel") şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdır.[2][3][4]
Azercell Telekom MMC ISO 9001:2008, ISO 10002:2014, IIP (Investors In People) — İnsanlara Sərmayədar (İS) və EN15838 (müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət) beynəlxalq standartlarına sahibdir.
Əhatə dairəsi və rominq redaktə
Fəaliyyəti ərzində Azercell-in əhatə dairəsinə əhalinin 98,80%, respublika ərazisinin isə 94,40% daxil edilmişdir. 2000-ci ildən başlayaraq, Bakı Metropoliteninin bütün stansiyaları Azercell şəbəkəsinin xidmət dairəsinə daxildir. Bura həmçinin, stansiyalar arasında mənzillər də daxildir.
Fakturalı xətt abunəçiləri üçün dünyanın 165 ölkəsinin 394 mobil rabitə operatorları ilə rouminq müqavilələri bağlanıb, SimSim abunəçiləri isə 105 ölkədə 228 operatorun xidmətindən istifadə edə bilər.
Statistika redaktə
Abonentlərin sayı redaktə
Ən böyük müştəri bazasına malik Azercell 5.000.000-dan çox abunəçiyə xidmət göstərir
Bazar payı redaktə
"Azercell Telekom" MMC-nin Azərbaycanın mobil telekommunikasiya bazarındakı payı hal-hazırda 49% təşkil edir.
Vergilər redaktə
Ölkənin qeyri neft sektorunun ən iri vergi ödəyicisi kimi 2015-ci ildə Azercell dövlət büdcəsinə təqribən 123 milyon manat, 19 il ərzində isə 1.235 milyard manat vergi ödəmişdir. Bu gün Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,51% təşkil edib.
Əhatə dairəsi redaktə
Ölkə ərazisi üzrə əhatə dairəsi 94,40%, ölkə əhalisi üzrə əhatə dairəsi 98,80% təşkil edir.
Tarixi redaktə
1996 |
|
1997 |
|
1998 |
|
1999 |
|
2000 |
|
2001 |
|
2002 |
|
2003 |
|
2004 |
|
2005 |
|
2006 |
|
2007 |
|
2008 |
|
2009 |
|
2010 |
|
2011 |
|
2012 |
|
2013 |
|
2014 |
|
2015 |
|
2016 |
|
2017 |
|
2018 |
|
2019 |
|
2020 |
|
2021 |
|
2022 |
|
2023 |
|
İstinadlar redaktə
- ↑ "Turkcell'in ortağı Azercell'i bitirdi". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
- ↑ ""AzInTelecom" MMC "Azercell Telekom" MMC-nin idarə edilməsini təmin edən səhmlərin nəzarət zərfini əldə edib". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
- ↑ "Turkcell iştiraki Fintur, Azertel hisselerini devretti". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
- ↑ ""Azercell"in səhmlərini "AzInTelecom" alıb". 2018-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.